Reading view

Flik: “Bernalın indiki çıxışı sadəcə inanılmazdır”

“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın 18 yaşlı ispan dayaq yarımmüdafiəçisi Mark Bernal haqda qənaətini açıqlayıb.

Arena.az alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bernal tərəqqi etməlidir və edəcək. Amma hal-hazırda onun çıxışı sadəcə inanılmazdır”, deyə Hansi məmnunluqla vurğulayıb.

“Barselona”nın baş məşqçisi öz komandasının çıxışından da söhbət açıb:

“Biz qarşıdakı iki ay ərzində öz oyunumuzu yaxşılaşdırmalıyıq”, deyə Hansi Flik tələbkarcasına vurğulayıb.

Xatırladaq ki, dayaq yarımmüdafiəçisi olan Mark Bernal “Barselona”nın yetirməsidir. İspan futbolçu 2024-cü ildən “blauqrana”nın əsas komandasına cəlb olunur.

Yarımmüdafiəçi “Barselona”nın əsas komandasında cəmi 30 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Bernal İspaniyanın U-16 və U-17 yığmalarına cəlb edilib. O, U-17 yığmasında 11 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Mark 2024/2025-ci illər mövsümündə “Barselona” ilə İspaniya çempionu olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan dayaq yarmmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

❌