Onlar qədər qazanan idmançı yoxdur – Ronaldo üçüncüdür
“Sportico” portalı tarixin ən çox qazanan idmançılarının siyahısını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, birinci sırada keçmiş basketbolçu Maykl Cordan yer alıb. Onun karyerası ərzində qazancı 4.5 milyard dollardır.
İkinci sırada qolfçu Tayqer Vuds qərarlaşıb. Amerikalı idmançı karyerasında 2.88 milyard dollar gəlir əldə edib.
“Üçlüy”ü futbolçu Kriştiano Ronaldo tamamlayır. Onun qazancı isə 2.52 milyard dollardır.
Reytinq siyahısına 50 idmançı daxil edilib. Onların ümumi qazancı isə 56.2 milyard dollardır.