Reading view

Vadar Nuriyev hakimlikdən şikayətləndi

“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Premyer Liqanın 26-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Vadar Nuriyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. Matça da yaxşı başladıq. Adi səhvdən, anlaşılmazlıqdan qol buraxdıq. İkinci qol da səhvdən sonra oldu. İkinci qol zamanı qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı. “Sabah” elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamayacaq. Ən azından 1 xal götürmək istəyirdik. Alınmadı. “Sabah”ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik.

Hakimin rəqibə simpatiyası hiss olunurdu. Nuno Rodriqesi vurmuşdular, VAR-a baxmadı. Baş hakim “Sabah”ın 3-cü qolu zamanı da VAR-a baxmadı. Əgər qərar verirsənsə, VAR-a baxmalısan. Bu qərarlar da bizim oyunumuza təsir etdi”.

❌