Reading view

Dirk Kuytdan gecikmiş etiraf

Niderland futbolunun əfsanəsi Dirk Kuyt baş məşqçilik karyerasının başlanğıcı ilə bağlı səmimi açıqlamalar verib.

Futbolpress.az xəbər verir ki, o, vaxtilə verdiyi bəzi qərarlardan peşman olduğunu gizlətməyib.

Kuyt hazırda “Liverpul”u çalışdıran Arne Slotun vaxtilə ona etdiyi təklifi xatırladıb.

Keçmiş hücumçu “Feyenoord”un baş məşqçisi təyin olunmadığı vaxtlarda göstərdiyi reaksiyadan utandığını bildirib:

“O vaxt “Feyenoord”un baş məşqçisi ola bilməyəcəyimə çox emosional və qəzəbli reaksiya vermişdim. Mənə elə gəlirdi ki, haqsızlıq olunur. Amma indi başa düşürəm ki, mən o zaman buna hazır deyildim. Slotun yanında köməkçi olmaq belə mənim üçün böyük şans idi”.

Karyerası ərzində “ADO Den Haq” və “Beerşot” kimi klublarda işləyən Kuyt “Feyenoord”u idarə etməyin onun üçün hələ də bir arzu olduğunu vurğulayıb. O, vaxtilə klub rəhbərliyinin ona olan inamından danışaraq, gələcəkdə bir gün bu xəyalının gerçəkləşəcəyinə ümid etdiyini bildirib.

❌