Robinyonun oğlu üçün yeni müqavilə
Braziliyalı keçmiş futbolçu Robinyonun oğlu Robinyo Junior “Santos”la müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı vingerlə müddəti 2031-ci ilin yayına kimi olan müqavilə imzalanıb.
Junior Robinyo bu mövsüm 2 oyunda meydana çıxıb. Onun “transfermarkt”da dəyəri 5 milyon avrodur.