Reading view

DÇ öncəsi problem: 5 futbolçu viza ala bilmədi

İraq millisi dünya çempionatı öncəsi problemlə üzləşib.

Futbolpress.az xəbər verir ki, yığmanın 5 futbolçusu ABŞ-yə viza ala bilməyib. Bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Müxtəlif səbəblərə görə İbrahim Bayeş, Mohanad Əli, Zaid Tahsen, Heydər Əbdulkərim və Əli Əl-Həmədiyəyə viza verilməyib. İraq Futbol Assosiasiyası kömək üçün FIFA-ya müraciət edib.

İraq yığması ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında İ qrupunda Fransa, Seneqal və Norveçlə mübarizə aparacaq.

Mundial iyunun 11-də start götürəcək.

❌