Reading view

Alexandro Qrimaldo rəsmən “Atletiko”da!

Futbol üzrə İspaniya millisinin və Almaniyanın “Bayer” klubunun müdafiəçisi Alexandro Qrimaldo karyerasını Madrid “Atletiko”sunda davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı futbolçu ilə 4 illik (2030-cu il iyunun 30-na qədər) müqavilə imzalanıb. “Atletiko” bu keçidə görə “Bayer”ə 20 milyon avro ödəyib.

Alexandro Qrimaldo “Barselona”nın məzunudur. Karyerası ərzində “Benfika”da oynamış Qrimaldo “Bayer”ə 2023-cü ilin iyul ayında Lissabon klubundan azad agent qismində keçmişdi. İspan futbolçunun “əczaçılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər idi.

Qrimaldonun “əczaçılar”ın heyətindəki çıxışının ümumi mənzərəsi 145 oyun, 30 qol və 45 məhsuldar ötürmədən ibarətdir.

Qrimaldo “Bayer”lə Almaniya Bundesliqasının, Almaniya Kubokunun və Almaniya Super Kubokunun qalibi olub.

Alexandro Qrimaldo 2023-cü ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Qrimaldo “qırmızı qəzəb”lə 2024-cü il Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı ispan sol cinah müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

❌