Ançelotti ilə davam
Braziliya millisində baş məşqçi Karlo Ançelottinin müqaviləsinin müddəti artırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin anlaşması 2030-cu ilin yayına kimi uzadılıb.
Braziliya millisi ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında C qrupunda Şotlandiya, Haiti və Mərakeşlə mübarizə aparacaq.