Reading view

Karl Darlou “Mançester Yunayted”də!

Futbol üzrə Uels milli komandasınn qapıçısı Karl Darlou bundan sonra İngiltərənin “Mançester Yunayted” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı qolkiper “Lids Yunayted”dən ayrıldıqdan sonra azad agent statusunda “qırmızı şeytanlar”a qoşulub. Onunla 2028-ci ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Sazişdə daha bir il uzadılma imkanı da yer alıb.

Karl Darlou bildirib ki, “Mançester Yunayted” kimi kluba qoşulmaq onun üçün böyük qürur mənbəyidir:

“Mançester Yunayted”ə keçdiyim üçün son dərəcə qürurluyam. Çox güclü qapıçılar qrupuna qoşuluram və hamımızın bir-birimizi daha da inkişaf etdirməsinə töhfə verməsini səbirsizliklə gözləyirəm. Klubun tələb etdiyi yüksək standartları qorumaq üçün birlikdə çalışacağıq. Hazırda klub üçün çox maraqlı dövrdür və komanda yoldaşlarıma dəstək olaraq öz töhfəmi vermək istəyirəm”.

Klubun idman direktoru Ceyson Uilkoks isə yeni transfer barədə bunları deyib:

“Karl ən yüksək səviyyədə oynaya biləcəyini sübut edib. Onun peşəkarlığı, işgüzarlığı və xarakteri komandamız üçün böyük üstünlükdür. Belə təcrübəli və keyfiyyətli qapıçının heyətimizə qoşulmasından məmnunuq”.

Karl Darlou ötən mövsüm “Lids Yunayted”in əsas qapıçısı olub. O, İngiltərə Premyer Liqasında keçirdiyi 22 oyunda 27 qol buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlayıb.

Təcrübəli qolkiper karyerası ərzində “Nyukasl Yunayted” və “Nottingem Forest” klublarının da formasını geyinib. Ümumilikdə isə o, peşəkar karyerasında 279 oyun, o cümlədən 74 Premyer Liqa matçı keçirib.

Darlou 2024-cü ildə debüt etdiyi Uels yığmasının heyətində 15 oyun keçirib, 18 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.

MY-dən 35 yaşlı qapıçı transferi

“Mançester Yunayted” heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Lids”dən ayrılan Karl Darlounu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperlə 2 illik müqavilə imzalanıb.

Uels yığmasının da üzvü olan qapıçı ötən mövsüm Premyer Liqada 22 oyunda 27 qol buraxıb. O, 5 görüşdə “çərçivə”ni toxunulmaz saxlayıb.

❌