Reading view

Riyad Mahrez Əlcəzair millisindəki karyerasını başa vurdu

Futbol üzrə Əlcəzair milli komandasının cinah hücumçusu və kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurduğunu bəyan edib.

Arena.az xəbər verir ki, 35 yaşlı vinger bu qərarı DÇ-2026-nın 1/16 final mərhələsində Əlcəzairin İsveçrəyə 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmasından sonra verib.

Beləliklə, ölkəsinin futbol tarixinin ən önəmli simalarından biri 12 illik milli karyerasına nöqtə qoyub.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Mahrez Əlcəzair millisində ilk oyununa 2014-cü ildə çıxıb. O vaxtdan bəri milli komandanın əsas liderlərindən biri olan futbolçu 119 oyunda 40 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu göstəricilərlə Mahrez Əlcəzair millisinin tarixində ən çox oyun keçirən futbolçular arasında üçüncü, bombardirlər siyahısında isə ikinci pillədə qərarlaşıb. Oyun sayına görə yalnız Aissa Mandi (122 oyun), qol sayına görə isə İslam Slimani (46 qol) onu qabaqlayır.

Riyad Mahrez 2019-cu ildə Əlcəzair millisinin Afrika Millətlər Kubokunu qazanmasında həlledici rol oynayıb. O, yarımfinalda Nigeriyaya qarşı əlavə vaxtda vurduğu möhtəşəm cərimə zərbəsi qolu ilə komandasını finala çıxarmış, daha sonra Əlcəzair turnirin qalibi olmuşdu. Təcrübəli futbolçu həmçinin 2021-ci ildə keçirilən FIFA Ərəb Kubokunda çempion olan heyətin də üzvlərindən biri idi.

Klub karyerasında isə Mahrez İngiltərənin “Lester Siti” ilə sensasiyalı Premyer Liqa çempionluğu yaşayıb, daha sonra “Mançester Siti”nin heyətində çoxsaylı titullar, o cümlədən UEFA Çempionlar Liqasını qazanıb.

Mahrezdən vida

Əlcəzairli futbolçu Riyad Mahrez milli karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı cinah oyunçusu özü açıqlama verib. O, yığmadan getdiyini elan edib.

Mahrez Əlcəzair millisində 119 oyunda meydana çıxıb. O, bu matçlarda 40 qol vurub, 45 məhsuldar müəllifi olub.

❌