“Boka Xuniors”un futbolçusu Avropa klublarının hədəfində
Argentinanın “Boka Xuniors” klubunun futbolçusu Milton Delqado karyerasına Avropada davam edə bilər.
Futbolpress.az xəbər verir ki, “İnter”, “Bornmut” və “Beşiktaş” 29 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klublar oyunçunun performansını yaxından izləyir.
20 yaşlı yarımmüdafiəçi bu mövsüm 22 oyuna çıxıb. O, Argentinanın U-20 yığmasının da üzvüdür.