Mbappe paraqvaylı qapıçının təbrikini qəbul etməyib
Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da Paraqvayla oyundan sonra rəqib qapıçı Orlando Gilin təbrikini qəbul etməyib.
Futbolpress.az xəbər verir ki, bu barədə paraqvaylı qolkiper insayder Fabrizio Romanoya açıqlamasında deyib:
“Matçdan sonra Mbappeni təbrik etmək üçün əlimi uzatdım, ancaq o, bunu qəbul etmədi, məni görməzdən gəldi. Buna çox əsəbiləşdim”.
Fransa Paraqvayı Mbappenin penaltidən vurduğu qolla məğlub edib – 1:0.