Reading view

Safonov alimentlə bağlı Konstitusiya Məhkəməsinə şikayət etdi

Fransanın PSJ klubunun qapıçısı Matvey Safonov aliment ödənişi ilə bağlı hüquqi normaya etiraz edərək Konstitusiya Məhkəməsinə şikayət verib.

Arena.az xəbər verir ki, bu barədə futbolçunun vəkili Andrey Kryuçkov TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda məhkəmənin müraciəti icraata qəbul edib-etməyəcəyi gözlənilir:

“Məhkəmənin müraciəti icraata qəbul edib-etməyəcəyini öyrənəcəyik. Əgər qəbul olunarsa, işə baxılıb-baxılmayacağı müəyyənləşəcək. Bununla bağlı qərarın təxminən iki aydan sonra məlum olacağını gözləyirik”, – deyə Kryuçkov bildirib.

Vəkil qeyd edib ki, şikayətin məqsədi alimentlə bağlı mübahisəli hüquq normasının Konstitusiyaya uyğunluğunun yoxlanılmasıdır:

“İstərdik ki, məhkəmə işi icraata qəbul etsin. Çünki etiraz etdiyimiz normalarda Konstitusiyaya uyğun olmayan məqamların olduğunu düşünürük. Ötən il keçirilən hüquq forumunda Ali Məhkəmənin nümayəndəsi də alimentlərin tutulması mexanizmində qeyri-bərabərlikdən danışmışdı. Buna görə də bu hüquqi yola əl atmaq qərarına gəldik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Matvey Safonov ötən ilin iyununda 3 il yarım ərzində yığılan və 64 milyon rubldan çox olan aliment borcunu tam ödəyib.

Futbolçunun keçmiş həyat yoldaşı Anastasiya Kazaçekin məsələ ilə bağlı mövqeyi açıqlanmır.

❌