Reading view

Tellur Mütəllimov “Sabah”da qaldı – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasının və Azəbaycan Kubokunun qalibi “Sabah” müdafiəçisi Tellur Mütəllimov ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

31 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2 ildir. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin yayına qədər idi.

Tellur Mütəllimov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu paytaxt klubunun heyətində ümumilikdə 102 oyun keçirib. O, bu oyunlarda 5 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Cinah müdafiəçisi “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Tellur daha öncə “Zirə”, “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

31 yaşlı futbolçu 2017-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Sabah” daha öncə Coy-Lens Mikels, Stas Pokatilov və Velko Simiçlə də yeni müqavilə bağlamışdı. Jesse Sekidika, Pavol Şafranko, Nicat Mehbalıyev və Amin Seydiyev isə paytaxt klubuna lazım olmayıblar.

❌