Reading view

Azərbaycan – Macarıstan matçı Yankoviçə tapşırıldı

Qadın futbolçulardan ibarət milli komandalar arasında baş tutacaq Azərbaycan – Macarıstan oyununa hakim təyinatları müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunun Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlayıb.

Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Vanya Yankoviç olacaq. Ona Staşa Şpur və Helena Buh yardım edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.

Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün 24 futbolçu

Qadınlar futbolçulardan ibarət Azərbaycan millisi mayın 30-dan iyunun 5-nə qədər Bakı şəhərində təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandamız iyunun 6-dan 10-na qədər də Şimali Makedoniyada hazırlıq keçəcək.

Azərbaycan millisi hazırlıq zamanı dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 5-də saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığması ilə, ayın 9-da isə Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda Şimali Makedoniya seçməsi ilə qarşılaşacaq.

Bu oyunlar üçün milliyə dəvət olunmuş futbolçuların adlarını nəzərinizə çatdırırıq:

  1. Aytac Şərifova – Yüksekovaspor (Türkiyə)
  2. Nərgiz Əliyeva – Giresun Sanayispor (Türkiyə)
  3. Günay İsmayılova – Neftçi
  4. Mehriban Şahməmmədova – Klubsuz
  5. Nigar Mirzəliyeva – Hamburq (Almaniya)
  6. Vüsalə Seyfəddinova – Neftçi
  7. Jalə Məhsimova – Yüksekova (Türkiyə)
  8. Milana Rəhimova – Lyuboten (Şimali Makedoniya)
  9. Yeliz Açar – Beşiktaş (Türkiyə)
  10. Alina Nəhmədova – Partizan (Serbiya)
  11. Aysun Muradova – Haymana (Türkiyə)
  12. Kamilla Məmmədova – Dirçəliş
  13. Nərgiz Hacıyeva – Şəfa
  14. Aydan Həsənova – Neftçi
  15. Diana Məmmədova – Rubin (Kazan, Rusiya)
  16. Alina Dorofeyeva – Rubin (Kazan, Rusiya)
  17. Manə Mollayeva – Neftçi
  18. Coşqunə Əliyeva – Qaziantep Safir (Türkiyə)
  19. Esra Manya – Beşiktaş (Türkiyə)
  20. Peritan Bozdağ – Fənərbağça (Türkiyə)
  21. Ayşən Salamzadə – Neftçi
  22. Sevinc Cəfərzadə – Yüksekova (Türkiyə)
  23. Kristina Bakarandze – Nike Lusso (Gürcüstan)
  24. Xanım Əsədova – Neftçi
❌