Normal view

Today — 24 March 2026Main stream

Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində

23 March 2026 at 19:00

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə səfərdədir.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, o, qadınlardan ibarət Birinci Liqa klubu “Qaziantep Safir”in prezidenti Murat Kocaardıçın dəvəti ilə bu ölkəyə yollanıb və hazırda klub rəhbərinin xüsusi qonağı kimi komandanın düşərgəsindədir.

Siyasət Əsgərov səfər çərçivəsində “Qaziantep Safir”in məşqçilər korpusu ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparır, məşq proseslərini yaxından izləyir və öz təcrübəsini həmkarları ilə bölüşür. O, 2022/2023-cü illər mövsümündə Türkiyənin “Fomget” qadın komandası ilə ölkə çempionluğunu qazanıb.

Baş məşqçi səfər zamanı “Qaziantep Safir”in martın 24-də “Haymana”ya qarşı keçirəcəyi pley-off qarşılaşmasını da stadiondan izləyəcək. Həmin oyunda Azərbaycan milli komandasının futbolçuları da üz-üzə gələcəklər. Belə ki, Coşqunə Əliyeva “Qaziantep Safir”in, Aysun Muradova isə “Haymana”nın heyətində çıxış edir. Matçın qalibi Türkiyə Super Liqasına vəsiqə qazanacaq.

❌
❌