“Qarabağ”ın rəqibi 65 milyon avroluq futbolçu üçün rəsmi təklif göndərib
“Bornmut”un vingeri Antuan Semenyo İngiltərə Premyer Liqasının son çempionu “Liverpul”un maraq dairəsinə düşüb.
Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, mersisaydlılar 25 yaşlı futbolçunun transferi ilə bağlı qarşı tərəfə rəsmi təklif göndəriblər.
Qanalı vinger hücum xəttində “qırmızılar”ın lideri Məhəmməd Salahı əvəzləyə bilər. Misirli oyunçunun klubdakı münasibətlərinin son dövrlər gərginləşdiyi də bildirilir.
Semenyonun bazar dəyəri 65 milyon avro qiymətləndirilir. O, cari mövsümdə “Bornmut”un heyətində 15 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
The post “Qarabağ”ın rəqibi 65 milyon avroluq futbolçu üçün rəsmi təklif göndərib appeared first on Komanda.az.