“Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm”
İngiltərə millisinin sabiq futbolçusu Ceymi Rednapp “Mançester Yunayted”in bu mövsümdəki perspektivlərini qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın Premyer Liqada ilk beşliyə düşmək üçün hər şansı olduğuna inanır:
“Çox da aldanmamalıyıq, amma “Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm. Əlbəttə ki, bunun üçün kifayət qədər imkanları var. Lakin baş məşqçi Ruben Amorimin dediyi kimi, heç bir illüziyaya qapılmağa ehtiyac yoxdur. Vəziyyət kəskin şəkildə dəyişə bilər”.
“Mançester Yunayted” şənbə günü “Brayton”u 4:2 hesabı ilə məğlub edərək Premyer Liqanın turnir cədvəlində ilk beşliyə yüksəlib. “Qırmızı şeytanlar” 2024/25 mövsümündə turnir cədvəlində 15-ci yeri tutmuşdular.
The post “Mançester Yunayted”in ilk beşlikdə yer ala bilməməsi üçün heç bir səbəb görmürəm” appeared first on Komanda.az.