Normal view

Today — 18 December 2025Main stream

Sabiq futbolçu “Qarabağ”ın rəqibinin hücumçusuna İtaliyanı məsləhət görür

18 December 2025 at 01:35

“Liverpul”un və “Bayern”in sabiq futbolçusu Ditmar Hamann İngiltərə klubunun hücumçusu Məhəmməd Salahın gələcəyi barədə danışıb.

Hamannın fikrincə, Salah oyun vaxtının azaldılmasını qəbul etmirsə və baş məşqçidən dəstək görmədiyini bildirirsə, tərəflər üçün ən yaxşı yol ayrılıq ola bilər. O, həmçinin, bildirib ki, belə vəziyyətdə klub və oyunçu kompromis tapmalıdır.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Salahın Avropada maraq doğurmağa davam edəcəyini söyləyib:

“Məncə, o, Səudiyyə Ərəbistanına getmək istəməz. Hələ də Avropada onu istəyən komandalar var. Onu İtaliya liqasında görmək mümkündür. A Seriyası belə oyunçuları cəlb etməklə onların ən yaxşı formaya qayıtmasına kömək edir”.

33 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 14 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post Sabiq futbolçu “Qarabağ”ın rəqibinin hücumçusuna İtaliyanı məsləhət görür appeared first on Komanda.az.

❌
❌