Alonso türk futbolçunu Virtslə müqayisə etdi
“Real”ın baş məşqçisi Xabi Alonso komandanın türkiyəli yarımmüdafiəçisi Arda Güləri “Liverpul”un futbolçusu Florian Virtslə müqayisə edib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:
“Ardanın irəliləyişindən çox məmnunam, amma daha çoxunu istəyirik. Virts “Bayer”də də eyni idi. O, gəncdir, amma artıq əla oyunçudur. Virts hələ də inkişaf edir, lakin çox yüksək səviyyədədir”.
İspaniyalı məşqçi “Bayer”də Virtslə çalışıb. Daha sonra 22 yaşlı yarımmüdafiəçi 125 milyon avroya Leverkuzen klubundan “Liverpul”a keçib. O, bu mövsüm 12 matçda 3 məhsuldar ötürmə edib.
Arda Gülər isə 2025/2026 mövsümündə 18 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə verib.
The post Alonso türk futbolçunu Virtslə müqayisə etdi appeared first on Komanda.az.