“Qarabağ”ın rəqibinin əsas hədəfi odur
“Napoli” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
İtaliya klubu “Mançester Yunayted”in futbolçusu Kobbi Mainunu transfer hədəflərindən biri kimi görür.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, italiyalılar 20 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürmək istəyirlər. Müqaviləyə satınalma bəndinin daxil edilməyəcəyi bildirilir.
“Napoli”nin ingiltərəli futbolçuya marağının artmasına əsas səbəb komandanın yarımmüdafiəsində yaranan boşluqlardır. Kevin De Bruyne zədələnərək təxminən dörd ay yaşıl meydanlardan kənarda qalacaq. Bundan əlavə, Andre-Frank Zambo Anqissa qışda Afrika Millətlər Kubokunda çıxış edəcəyi üçün baş məşqçi Antonio Konte yanvarda əlavə oyunçuya ehtiyac duyur.
Mainu isə “Mançester Yunayted”də daimi oyun praktikasının olmamasından narazıdır. O, artıq avqustda icarəyə getmək istəmişdi, ancaq klub rəhbərliyi onun istəyini qəbul etməmişdi.
“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
The post “Qarabağ”ın rəqibinin əsas hədəfi odur appeared first on Komanda.az.