Normal view

Today — 4 February 2026Main stream

“Barselona”dan 4 milyon avroluq uğursuz qərar

4 February 2026 at 11:32

“Barselona” texniki sponsorla bağlı qeyri-müəyyənlik fonunda ciddi maliyyə itkisi ilə üzləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik uzun illərdir klubun texniki tərəfdaşı olan “Nike” firması ilə danışıqlarda problemlər yaşandıqdan sonra təxminən 4 milyon avronu uğursuz bir qərara xərcləyib.

Gözləntilərə görə, “Barselona” mövsümə ya ümumiyyətlə, texniki sponsorsuz başlamalı, ya da bütün mövsümü sponsorsuz keçirməli idi. Klub rəhbərliyi paralel olaraq digər idman nəhəngi “Puma” ilə də danışıqlar aparsa da, vəziyyət aydınlaşmamışdan öncə riskli addım atılıb.

Belə ki, “Nike” loqosu olmadan yeni dizaynda on minlərlə forma əvvəlcədən istehsal edilib. Bu formalar yalnız futbol komandası üçün deyil, eyni brend altında çıxış edən basketbol və voleybol komandaları üçün də hazırlanıb.

Ancaq sonradan “Barselona”nın “Nike” ilə razılığa gəlməsi bütün planları alt-üst edib. Sponsor loqosu olmayan formaların satışa çıxarılması müqavilə pozuntusu sayıldığından, klub onları bazara təqdim edə bilməz. Bu isə kataloniyalıların artıq xərclədiyi 4 milyon avronun birbaşa zərərə çevrilməsi deməkdir.

Sözügedən formaların satışı klub üçün daha böyük maliyyə itkilərinə səbəb ola biləcəyindən, “Barselona” bu addımdan imtina etmək məcburiyyətində qalıb.

The post “Barselona”dan 4 milyon avroluq uğursuz qərar appeared first on Komanda.az.

❌
❌