Normal view

Before yesterdayMain stream

“Mançester Yunayted” yarımmüdafiəçi axtarır

25 December 2025 at 15:49

“Mançester Yunayted” qış transfer pəncərəsində yarımüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi bu mövqedə seçim azlığının baş məşqçi Ruben Amorimin işini ciddi şəkildə çətinləşdirdiyini anlayır.

Bu səbəbdən, “qırmızı şeytanlar” problemli zonanı gücləndirmək üçün aktiv şəkildə variantları dəyərləndirir. Rəhbərlik yanvarda yarımmüdafiəçi mövqeyinə ediləcək demək olar ki, istənilən transferin uğurlu olacağına və komandanı daha da gücləndirəcəyinə inanır.

“Mançester Yunayted”in maraq dairəsində “Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Ruben Neveş yer alır.

Amorimin komandası İngiltərə Premyer Liqasında 17 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

The post “Mançester Yunayted” yarımmüdafiəçi axtarır appeared first on Komanda.az.

“Atletiko” onun satışından 46-52 milyon avro qazanmaq istəyir

25 December 2025 at 11:48

“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher qış transfer pəncərəsində madridliləri tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu Qallaheri icarəyə göndərmək niyyətində deyil, ancaq onun tam transferi variantına açıqdır.

“Atletiko” 25 yaşlı yarımmüdafiəçinin satışından təxminən 46–52 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qallaherin xidmətində bir sıra klublar maraqlıdır. Onunla “Mançester Yunayted”, “Tottenhem”, “Aston Villa”, “Nyukasl”, “Çelsi”, “Milan” və “Yuventus” yaxından maraqlanır.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə ümumilikdə 25 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Atletiko” onun satışından 46-52 milyon avro qazanmaq istəyir appeared first on Komanda.az.

❌
❌