Normal view

Yesterday — 27 October 2025Main stream

Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı

27 October 2025 at 19:21

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bəyan edib ki, ölkədə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeker şirkətlərində mərc hesabı var.

Komanda.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. Qurum rəhbəri deyib ki, həmin hakimlərdən 152-si isə aktiv şəkildə mərc oynayır. Məlumat quruma dövlət qurumlarından verilib.

Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var: “10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”.

TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək: “Onlar qanunlara əsasən cəzalandırılacaq”.

Hacıosmanoğlu əlavə edib ki, Türkiyə futbolunda təmizlənmə prosesi başlayıb: “Nə qədər pislik varsa, hamısını təmizləməliyik. Biz bu işi hakimlərlə başladıq, amma burada dayanmayacağıq. Klublar da eyni məsuliyyəti daşımalıdır. Hər kəs özünü və çevrəsini yoxlamalıdır”.

TFF prezidenti bildirib ki, aparılan araşdırmalar FİFA və UEFA ilə də paylaşılıb.

The post Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı appeared first on Komanda.az.

❌
❌