Normal view

Yesterday — 26 May 2026Sport-AZ

“Şamaxı” icarəyə götürdüyü 5 futbolçu ilə vidalaşdı

26 May 2026 at 17:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 8-ci sırada bitirmiş “Şamaxı” daha 5 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb. Bu üzdən də həmin futbolçular məxsus olduqları klublarına qayıdıblar. “Şamaxı” onlara göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, əyalət təmsilçisi daha öncə Karim Rossi və Rüfət Abbasovla da vidalaşdığını rəsmən açıqlamışdı. Bundan öncə isə klub baş məşqçi Ayxan Abbasov və onun köməkçiləri (Elnur Çodarov, Xəyal Qarayev, Vüsal Qarayev, Kamil Qafarov, Anar Vəliyev və Əyyub Əliyev) ilə yollarını ayırmışdı.

❌
❌