Normal view

Yesterday — 4 July 2026Sport-AZ

Antonin Kinski “Tottenhem”lə yeni müqavilə imzaladı

4 July 2026 at 17:30

İngiltərənin “Tottenhem” klubu Çexiya Respublikasından olan gənc qapıçısı Antonin Kinski ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı çexiyalı qolkiperlə yeni anlaşma əldə olunub. Yenilənmiş müqavilənin 2031-ci ilin 30 iyununadək nəzərdə tutulub.

Bildirilib ki, yeni sözləşmə Kinskinin maaşının artırılmasını da nəzərdə tutur. Bu addım klub rəhbərliyinin gənc qapıçıya olan etimadının göstəricisi kimi qiymətləndirilir.

Antonin Kinski “Tottenhem”ə göstərdiyi sabit çıxışdan sonra əsas komandanın gələcək planlarında mühüm yer tutan futbolçulardan biri hesab olunur. London təmsilçisi onun inkişafını davam etdirməsi və uzunmüddətli perspektivdə komandanın əsas qapıçılarından birinə çevrilməsi üçün yeni müqavilə təklif edib.

Kinski peşəkar karyerası ərzində “Dukla” (Praqa), “Slaviya” (Praqa), “Vışkov”, “Pardubiçe” kimi klubların şərəfini qoruyub. “Tottenhem” onu 2025-ci ilin yanvarında “Slaviya”dan 16,5 milyon avro müqabilində transfer edib. Çex qolkiper London klubunun əsas komandasında 20 oyuna çıxıb, 29 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.

Antonin Çexiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

❌
❌