Normal view

Yesterday — 15 June 2026Sport-AZ

Van Persini əvəz edəcək məşqçi bilindi

15 June 2026 at 16:48

“Feyenoord”un yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Covanni van Bronxorsta tapşırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir.

Bronxorst bundan öncə “Liverpul”da baş məşqçi Arne Slottin köməkçisi olub.

“Feyenoord” Niderland Erediviziyasında mövsümü ikinci sırada başa vurub. Klub ötən ay baş məşqçi Robin van Persi ilə yollarını ayırıb.

❌
❌