Normal view

Before yesterdaySport-AZ

Zommer, Açerbi, De Vrey və Darmian “İnter”i tərk etdilər

30 June 2026 at 17:00

İtaliya çempionu “İnter” qapıçısı Yann Zommer, eləcə də müdafiəçiləri Françeko Açerbi, Matteo Darmian və Stefan De Vrey ilə yollarını ayırıb.

Arena.az bu barədə Milan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Onların hər biri klubdan azad agent kimi ayrılıblar. İtaliya çempionu hər bir futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Yan Zommer “İnter”ə 2023-cü ilin avqustunda 6,75 milyon avro məbləğ müqabilində “Bayern”dən keçmişdi. İsveçrəli 37 yaşlı qapıçının “İnter” karyerası ümumilikdə 139 oyun, 120 buraxılmış qol və 66 “quru” oyundan ibarətdir.

Zommer “İnter”lə 2 dəfə İtaliya çempionu olub, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb.

Françesko Açerbi 2023-cü ilin iyul ayında “Latsio”dan 4 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “İnter”ə keçmişdi. Açerbinin “İnter”in heyətində çıxışının ümumi mənzərəsi 148 oyun, 5 qol və 5 məhsuldar ötürmədən ibarətdir. İtaliyalı 38 yaşlı müdafiəçi bu klubla 6 titul qazanıb.

Matteo Darmian “Milan”ın yetirməsidir. 36 yaşlıi müdafiəçi 2020-ci ilin oktyabr ayından “İnter”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 218 oyunda 13 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. Matteo bu klubla 9 titul əldə edib.

Stefan De Vrey isə 2018-ci ildən “İnter”in sıralarına idi. Niderlanddan olan 34 yaşlı müdafiəçi Milan təmsilçisinin heyətində 296 oyun keçirib, 13 qol vurub, 8 məhsuldar ötürmə verib, 9 titula sahib çıxıb.

❌
❌