“Qarabağ” “Xarkov”la matçda 6 qola üzüldü
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi “Xarkov”la üz-üzə gəlib.
Güclü yağış altında keçirilmiş və məhsuldar alınmış qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan komandasının qollarını Jali Muaddib və penaltidən dəqiq yararlanmış Kadi Borges vurublar.
Qeyd edək ki, “köhlən atlar” bu gün daha bir yoxlama matçına çıxacaqlar. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşacaq.
Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda “Tirol”a 4 cavabsız qolla qalib gəlmiş “Qarabağ” Bakıda “Zirə”ni 4:3 hesabı ilə məğlub etmişdi.