Normal view

Today — 29 May 2026Sport-AZ

Marko Yankoviç Bolqarıstan və Slovakiyaya qarşı oynaya bilər

29 May 2026 at 15:00

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç futbol üzrə Monteneqro yığma komandasının qarşıdakı təlim-məşq toplanışına cəlb edilib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Yankoviç millinin Bolqarıstan və Slovakiya yığmaları ilə yoxlama oyunları üçün milliyə çağırılıb. Bolqarlarla görüş iyunun 1-də, Slovakiyaya qarşı oyun isə iyunun 5-də keçiriləcək.

Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Təcrübəli futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.

30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 171 oyun keçirib, 13 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.

Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 59 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

❌
❌