Normal view

Yesterday — 2 July 2026Sport-AZ

Mateus Fernandes 99 milyon avroya “Tottenhem”də!

2 July 2026 at 18:30

İngiltərənin “Vest Hem” klubunun mərkəz yarımmüdafiəçisi Mateus Fernandes bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

“Tottenhem”in mətbuat xidmətinin yaydığı məlumata görə, 21 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Amma müddət və digər detallar barədə məlumat verilməyib.

İngiltərə mətbuatının məlumatına əsasən, transferin dəyəri 99 milyon avro təşkil edib. Bu, “Tottenhem”in tarixində ən bahalı transfer kimi klub rekordu olub.

Mateus Fernandes futbola “Olhanense” klubunda başlasa da, “Sportinq”in yetirməsi hesab olunur. O, Lissabon klubunda çıxış edərkən “Eştoril”də icarədə də olub. 2024-cü ildə 15 milyon avroya “Sauthempton”a transfer edilmiş futbolçu cəmi bir il sonra 44 milyon avro qarşılığında “Vest Hem”ə keçmişdi.

Fernandes ötən mövsüm “Vest Hem”in heyətində bütün turnirlərdə 38 oyuna çıxaraq 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Vest Hem” 2025/2026-cı illər mövsümünü İngiltərə Premyer Liqasında 18-ci pillədə başa vuraraq Çempionşipə yuvarlanıb. “Tottenhem” isə rəqibindən cəmi 2 xal çox toplayaraq elitadakı yerini qorumağı bacarıb.

Mateus Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında forma geyinib, bu il isə əsas millidə debüt matçına çıxıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

❌
❌