Normal view

Yesterday — 5 June 2026Sport-AZ

Zaur Həşimov: “Heyətlə bağlı planlarımız var”

5 June 2026 at 21:30

2026/27 mövsümündən Premyer Liqada mübarizə aparacaq “Şəfa”nın yeni baş məşqçisi Zaur Həşimov klubun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis vaxtilə formasını geyindiyi kluba bu dəfə baş məşqçi statusunda dönməkdən qürur duyduğunu bildirərək üzərlərinə düşən məsuliyyətdən bəhs edib:

“Şəfa” mənim üçün doğma klubdur. Futbolçu kimi çıxış etdiyim komandaya baş məşqçi kimi döndüyüm üçün şadam. “Şəfa” uzun illər sonra Premyer Liqaya qayıtdı. Bu, bizim üçün böyük məsuliyyətdir. Etimada görə klubun prezidenti Kənan Sadıqlıya təşəkkür edirəm”.

Zaur Həşimov çempionatın startına az vaxt qaldığını xatırladaraq qarşıdakı hazırlıq prosesi və transfer siyasəti barədə də məlumat verib:

“Əlbəttə, işimiz asan olmayacaq. Ölkə çempionatının startına 2 aydan bir qədər artıq vaxt qalıb. Bu, yeni komanda üçün elə də uzun müddət deyil. Görüləcək işlər çoxdur.

Heyətlə bağlı planlarımız var. Komandada olan futbolçular barədə qərar verəcəyik. Yeni transferlərimiz də olacaq. Mənim bu komandaya gəlməyimdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Zaur Həşimov – “Şəfa”nın yeni baş məşqçisi!

5 June 2026 at 18:00

Zaur Həşimov 2026/2027-ci illər mövsümündən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa”nın baş məşqçisi təyin edilib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər arasındakı danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib. Yekunda “Şəfa” ilə yeni baş məşqçisi arasında 3 illik müqavilə imzalanıb.

Zaur Həşimov “Şəfa” klubuna yad sima deyil. O, futbolçu kimi bu komandanın formasını geyinib və 2000/2001-ci illər mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Həşimov daha öncə “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin, Azərbaycanın U-18 milli komandasına da rəhbərlik edib.

Premyer Liqaya Birinci Liqanın çempionu kimi vəsiqə qazanmış “Şəfa”ya geridə qalmış mövsümdə Elgiz Kərəmli rəhbərlik edirdi. Amma o, komandanı Premyer Liqaya çıxardıqdan sonra istefaya göndərilib.

❌
❌