Millinin hücumçusu karyerasını bitirdi
2 July 2026 at 17:17
Ekvador millisinin futbolçusu Enner Valensiya yığmadakı karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. O, DÇ-2026-da Meksikaya qarşı pley-off oyununun yığmadakı son matçı olduğunu qeyd edib.
Valensiya Ekvador millisində 109 oyunda 49 qol vurub.