Normal view

Yesterday — 17 June 2026FutbolPress.Az

Haaland: “Bundan da yaxşı oynamalıyıq”

17 June 2026 at 18:45

Norveç millisinin futbolçusu Erlinq Haaland DÇ-2026-da İraqa qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, 4:1 hesabıyla bitən matçda dubl edən forvard bunları deyib:

“Qollar vurduğum üçün xoşbəxtəm. Dünya çempionatına gözəl qələbə ilə başladıq və emosiyalar möhtəşəmdir. Ancaq bilirik ki, qarşıda daha çətin oyunlar var. Bundan da yaxşı oynamalıyıq”.

Norveç yığması qrupda İraqla yanaşı, Fransa və Seneqalla mübarizə aparır.

❌
❌