Normal view

Today — 5 July 2026FutbolPress.Az

Mbappe paraqvaylı qapıçının təbrikini qəbul etməyib

5 July 2026 at 14:36

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da Paraqvayla oyundan sonra rəqib qapıçı Orlando Gilin təbrikini qəbul etməyib.

Futbolpress.az xəbər verir ki, bu barədə paraqvaylı qolkiper insayder Fabrizio Romanoya açıqlamasında deyib:

“Matçdan sonra Mbappeni təbrik etmək üçün əlimi uzatdım, ancaq o, bunu qəbul etmədi, məni görməzdən gəldi. Buna çox əsəbiləşdim”.

Fransa Paraqvayı Mbappenin penaltidən vurduğu qolla məğlub edib – 1:0.

Uduzan komandanın futbolçusuna mükafat verdilər

5 July 2026 at 13:35

DÇ-2026-nın 1/8 final mərhələsinin Fransa – Paraqvay oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az FIFA-ya istinadən xəbər verir ki, amerikalıların qapıçısı Orlando Gil mükafatın sahibi olub.

Qolkiper komandasının 0:1 hesabıyla uduzduğu matçda bir neçə dəfə kritik seyv edib.

❌
❌