Normal view

Yesterday — 9 July 2026FutbolPress.Az

AVF nümayəndəsi Millətlər Liqasında

9 July 2026 at 16:00

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Serbiyanın paytaxtı Belqradda keçirilən Millətlər Liqasında (VNL) qadın və kişi komandaların oyunlarında iş başında olacaq.

Futbolpress.az xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasının üzvü sözügedən turnirdə FIVB-nin tibbi nümayəndəsi (Medical Delegate) qismində fəaliyyət göstərəcək.

V.Kazımova yarış zamanı tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilinə, tibbi təminatın koordinasiyasına və həyata keçirilməsinə nəzarəti təmin edəcək.

Xatırladaq ki, ötən gün başlayan qadınların yarışı iyulun 12-də başa çatacaq. Kişilərin mübarizəsi iyulun 15-19-u aralığında keçiriləcək.

❌
❌