Normal view

Yesterday — 22 May 2026ARENA.AZ

AŞF-nin növbəti Hesabat Konfransı keçirildi

22 May 2026 at 14:00

Bu gün – mayın 22-də Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti Hesabat Konfransı keçirilib.

Arena.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən şahmat ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbova verilib. Nazir bildirib ki, Azərbaycan şahmatında böyük nailiyyətlər əldə olunub.

Ardından prosedura uyğun olaraq məlumat verilib ki, Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir. Azərbaycan Şahmat Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin sədri Mahir Məmmədov 2025-ci ilin yekunlarına dair hesabatla çıxış edib.

Sonra hesabat ilində Azərbaycan şahmatında yaşanan hadisələri əks etdirən videoçarx təqdim olunub.

AŞF-nin müfəttişi Rauf Hacılı 2025-ci il üzrə büdcə hesabatıyla çıxış edib. Müzakirədən sonra büdcə hesabatı təsdiq olunub. Eyni zamanda federasiyanın 2026-cı ildəki büdcəsiylə bağlı məlumat verilib.

AŞF-nin yeni loqosunun və yenilənən veb-saytı konfrans iştirakçılarına təqdim edilib.

Federasiyanın Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik eləcə də Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2025-ci il ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.

Sonda federasiya prezidenti Mahir Məmmədov konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bununla da Konfrans öz işini yekunlaşdırıb.

Before yesterdayARENA.AZ

Şahmat millilərimiz Astanadan 2 qızıl, 1 bürünclə qayıdır

17 May 2026 at 18:00

Qadınlardan ibarət şahmat üzrə Azərbaycan millisi Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında keçirilən çempionatın qalibi olub.

Arena.az xəbər verir ki, Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatı keçirilib.

Yarış üç kateqoriyada – kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub.

Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan ibarət Azərbaycan komandası altı görüşdə dörd qələbə qazanıb, iki heç-heçəyə nail olub. Yekunda 10 xal toplayan İlahə Qədimovanın kapitanı olduğu qadınlardan ibarət Azərbaycan komandası yarışı birinci pillədə başa vuraraq qızıl medala layiq görülüb. Təşkilatçı ölkə Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.

Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. Ümumilikdə 10 xal toplayan Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın U-16 komandası qızıl medal əldə edib. Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandasına qismət olub.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası turniri bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi komanda altı turda üç qələbə əldə edib. 7 xal toplayann kişi şahmatçılardan ibarət Azərbaycan kollektivi üçüncü yerdə qərarlaşıb.

Beləliklə, Azərbaycan millisi türkdilli ölkələrin şahmat çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.

❌
❌