Normal view

Before yesterdayARENA.AZ

Julyen Duranvil “Borussiya”nı Lion “Olimpik”inə dəyişdi

3 July 2026 at 23:00

Almaniyanın “Borussiya” (Dortmund) klubunun gənc cinah hücumçusu Julyen Duranvil bundan sonra Lion “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Belçika millisinin gənc vingerinin transferi ilə bağlı bütün detallar tərəflər arasında razılaşdırılıb. Transferin sabit məbləği 5 milyon avro təşkil edir. Müqaviləyə əsasən, müxtəlif bonuslar hesabına Dortmund təmsilçisi əlavə olaraq 3,5 milyon avroya qədər gəlir əldə edə bilər. Bundan başqa, “Borussiya” futbolçunun gələcək satışından əldə olunacaq mənfəətin 20 faizini almaq hüququnu da özündə saxlayıb.

20 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalayıb.

Julyen Duranvil 2023-cü ildə Belçikanın “Anderlext” klubundan Dortmund təmsilçisinə transfer olunmuşdu. Lakin güclü rəqabət və ardıcıl zədələr onun əsas heyətdə möhkəmlənməsinə imkan verməyib.

Belçikalı futbolçu “Borussiya”nın əsas komandasında bütün turnirlərdə 27 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

2026-cı ilin ilk yarısını isə icarə əsasında İsveçrənin “Bazel” klubunda keçirən Duranvil daha çox oyun praktikası qazanaraq karyerasını yenidən yüksəlişə keçirməyə çalışıb. İndi isə o, inkişafını Fransa Liqa 1-də davam etdirəcək.

❌
❌