Normal view

Today — 21 May 2026ARENA.AZ

FIFA prezidenti “Sabah”ı təbrik etdi

21 May 2026 at 17:00

FIFA prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumunun rəhbəri məktubla “Sabah” klubunu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

FIFA prezidentinin göndərdiyi məktubun məzmununu diqqətinizə çatdırırıq:

“Hörmətli prezident, Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Sabah”ı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm”.

Before yesterdayARENA.AZ

DÇ-2026-nın rəsmi mahnısı təqdim edildi – Video

15 May 2026 at 16:00

FIFA bu il ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) rəsmi mahnısını təqdim edib.

Arena.az xəbər verir ki, mundialın final mərhələsinin mahnsı “Dai Dai” (“Gəl, gəl” və ya “Gəl”).

Mahnı kolumbiyalı müğənni Şakira və nigeriyalı müğənni-bəstəkar Burna Boy tərəfindən ifa edilib.

“Dai Dai” mahnısı Şakira və Burna Boyun ecazkar səslərini və enerjisini futbol, mədəniyyət və birliyin canlı təntənəsində bir araya gətirir”, – deyə FİFA-nın açıqlamasında bildirilir.

Xatırladaq ki, may ayının əvvəlində Şakira sosial mediada yeni mahnının bir dəqiqəlik tizerini paylaşmışdı.

Qeyd edək ki, kolumbiyalı “Vaka Vaka” (2010) və “La La La” (2014) kimi dünya hitlərinə çevrilmiş rəsmi mahnıların da ifaçısıdır.

Qurum mahnının əsas platformalarda mövcud olacaq yayımlarından əldə edilən gəlirin FIFA-nın Qlobal Vətəndaş Təhsili Fonduna gedəcəyini açıqlayıb.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

❌
❌