Normal view

Yesterday — 21 May 2026ARENA.AZ

Futzal: Yubiley kubokunu “Neftçi” qazandı

21 May 2026 at 19:00

Bu gün keçirilmiş 2025/2026-cı illər mövsümünün final oyunu ilə sayca 30-cu futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşib.

Arena.az xəbər verir ki, həlledici matçda cəmi 3 gün əvvəl çempionluğunu taleyini müəyyənləşdirmiş komandalar – “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıblar.

Buna qədər “Neftçi” 7, “Araz-Naxçıvan” isə 6 dəfə kuboku qazanmışdı.

Oyundan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib.

Oyuna gəlincə, 8 qolluq görüşün yekununda sevinən tərəf “Neftçi” olub. Beləliklə, 30-cu Azərbaycan kubokunu qazanmış paytaxt təmsilçisi bu göstəricidə vahid liderliyini qoruyub. “Ağ-qaralar” qazandıqları kubokların sayını 8-ə çatdırıblar.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Vinisiusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan Kuboku təqdim olunub.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.

Azərbaycan Kuboku
Final
21 may

Neftçi İK – Araz-Naxçıvan 5:3
Qollar: Markus Vinisius, 12:04; 12:30; 17:29; 34:55-pen. Qustavo Rodriqes, 37:29 – Ülvi Əliyev, 3:59. Jan Peruzzo, 8:49. Jan Karlos, 24:20.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
Ehtiyat hakim: İmran Məhərrəmov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 16:00.

Futzal: Azərbaycan Kubokunun qalibi müəyyənləşir

21 May 2026 at 10:00

Bu gün keçiriləcək final oyunu ilə futzal üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşəcək.

Arena.az xəbər verir ki, həlledici qarşılaşmada “Araz-Naxçıvan” və “Neftçi” İK komandaları üz-üzə gələcəklər.

Final matçı Bakı İdman Sarayında baş tutacaq. Oyuna saat 16:00-da start veriləcək.

Xatırladaq ki, indiyə qədər “Neftçi” İK 7, “Araz-Naxçıvan” isə 6 dəfə ölkə kubokunun qalibi olub.

Mayın 18-də bu komandalar arasında baş tutmuş Yüksək Liqanın həlledici matçında “Araz-Naxçıvan” 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Futzal, Azərbaycan Kuboku
Final
21 may

16:00. “Araz-Naxçıvan” – “Neftçi” İK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
Ehtiyat hakim: İmran Məhərrəmov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı.

Before yesterdayARENA.AZ

Futzal: Kubokun final oyununa təyinatlar açıqlandı

19 May 2026 at 12:00

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün mayın 21-də keçiriləcək final oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mövsümün yekun görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər. AFFA Hakimlər Komitəsi bu oyunu Hikmət Qafarlı, Ramil Namazov və Hidayət Feyzullayevə tapşırıb. Ehtiyat hakim İmran Məhərrəmov olacaq. Hakim-inspektor funksiyasını isə Əfqan Həmzəyev yerinə yetirəcək.

Qeyd edək ki, final qarşılaşması canlı yayımlanacaq. Bakı İdman Sarayında keçiriləcək görüşə saat 16:00-da start veriləcək. Zala giriş biletsiz olacaq.

Azərbaycan Kuboku
Final
21 may

Araz-Naxçıvan – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
Ehtiyat hakim: İmran Məhərrəmov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 16:00.

Yüksək Liqa: “Araz”dan 20-ci çempionluq!

18 May 2026 at 22:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib.

Arena.az xəbər verir ki, 20-ci turun və mövsümün qapanış matçında lider “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la qarşılaşıb.

Mövsümün başa çatması ilə əlaqədar oyundan əvvəl Azərbaycanın dövlət himni səsləndirilib. 7 qolun qeydə alındığı oyunda qələbə qazanan “Araz-Naxçıvan” “Neftçi” ilə xallarını bərabərləşdirməklə yanaşı, şəxsi oyunlarda üstünlük qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə oyunun hakimlərinə və hakim-inspektora diplomlar, mövsümün ən məhsuldar oyunçusu Allef Mayolliyə (“Neftçi” İK, 37 qol) isə xatirə hədiyyəsi təqdim olunub. Daha sonra meydana mükafatçı komandalar dəvət olunublar. “Baku Fire” komandasına bürünc, “Neftçi”yə gümüş, “Araz-Naxçıvan”a qızıl və çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.

Yüksək Liqa
20-ci tur
18 may

Neftçi İK – Araz-Naxçıvan 2:5
Qollar: Markus Vinisius, 6:26. Jan Peruzzo, 17:28-öz qapısına – Luicci Lonqo, 18:29; 37:21. Teyşeyra Barbosa, 22:26. Alleks Rezende, 27:43. Peruzzo, 32:41.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Ehtiyat hakim: Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 19:00.

Xallar: Araz-Naxçıvan – 52. Neftçi İK – 52. Baku Fire – 38. Şuşa – 21. U-19 – 15. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 37. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”) – 24. Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Yüksək Liqa: Bu gün çempion muəyyənləşəcək

18 May 2026 at 11:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün sonuncu oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, çempionun adının müəyyənləşəcəyi matç Bakı İdman Sarayında baş tutacaq.

Lider “Neftçi” İK son illərin dəyişməz çempionu olan əsas izləyicisi “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüşün start fiti saat 19:00-da səslənəcək.

Yüksək Liqa
20-ci tur
18 may

Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Ehtiyat hakim: Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 19:00.

Xallar: Neftçi İK – 52. Araz-Naxçıvan – 49. Baku Fire – 38. Şuşa – 21. U-19 – 15. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 37. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”) – 24. Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Yüksək Liqa: 32-ci çempion hansı komanda olacaq?

15 May 2026 at 15:00

Mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə 32-ci Azərbaycan çempionatına (Yüksək Liqa) yekun vurulacaq.

Arena.az xəbər verir ki, “Neftçi” İK qalib gəlməkə ilk çempionluq sevincini yaşaya bilər.

“Araz-Naxçıvan” qalib gləcəyi halda isə sayca 20-ci çempionluğunu qeyd edəcək.

1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020/2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib. Ümumiyyətlə, “Araz-Naxçıvan” 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. “Azərneftyanacaq” 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə “Nicat” olub. “Azadə” və “Tribut” da hərəyə bir dəfə çempion olublar. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Xazar İslands” qırıb.

Yüksək Liqa
20-ci tur
18 may

Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Ehtiyat hakim: Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 19:00.

Xallar: Neftçi İK – 52. Araz-Naxçıvan – 49. Baku Fire – 38. Şuşa – 21. U-19 – 15. Lənkəran – 0.

MövsümI yerII yerIII yer
1993Nicat (Bakı)Avtomobilçi (Bakı)İnşaatçı (Sabirabad)
1994/95AzadəAvtomobilçiNeftçi
1995/96AvtomobilçiNeftçiAzərneftyanacaq
1996/97AvtomobilçiNeftçiAzərneftyanacaq
1997/98AvtomobilçiNabsporAvanqard
1998/99AzərneftyanacaqAvtomobilçiNabspor
1999/00AzərneftyanacaqTuran AİRAnqlo Oil
2000/01Turan AİRAzərneftyanacaqAnqlo Oil
2001/02Turan AİRTributViləş
2002/03TributGömrükçüTuran AİR
2003/04Turan AİRQafqaz UniversitetiGömrükçü
2004/05Araz-NaxçıvanRefarmaAsfarma
2005/06Araz-NaxçıvanAzfenAsfarma
2006/07Araz-NaxçıvanMiri-QrandSTAR GSM
2007/08Araz-NaxçıvanQarabağ veteranlarıSumqayıt
2008/09Araz-NaxçıvanNeftçi İSMAzmetko
2009/10Araz-NaxçıvanNeftçi İSMEKOL
2010/11Araz-NaxçıvanNeftçi İSMEKOL
2011/12Araz-NaxçıvanNeftçi İSMEKOL
2012/13Araz-NaxçıvanEKOLNeftçi İSM
2013/14Araz-NaxçıvanNeftçi İSMFener
2014/15Khazar İslandsFenerAraz-Naxçıvan
2015/16Araz-NaxçıvanEKOLNeftçi İK
2016/17Araz-NaxçıvanNeftçi İKEKOL
2017/18Araz-NaxçıvanMarafon FutsalEKOL
2018/19Araz-NaxçıvanXəzər CənubEKOL
2019/20Araz-NaxçıvanMarafon FutsalEKOL
2020/21Pandemiya ilə əlaqədar çempionat keçirilməyib. İK-nın qərarı ilə ölkəmizi UEFA Çempionlar Liqasında Araz-Naxçıvan təmsil edib.  
2021/22Araz-NaxçıvanEKOLNeftçi İK
2022/23Araz-NaxçıvanNeftçi İKBaku Fire
2023/24Araz-NaxçıvanBaku FireNeftçi İK
2024/25Araz-NaxçıvanBaku FireNeftçi İK

Yüksək Liqa: Mövsümün son oyununa təyinatlar açıqlandı

15 May 2026 at 13:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün sonuncu – 20-ci turunun son oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, xəbər veirr ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib. Həlledici görüşü FİFA referiləri idarə edəcəklər.

Mayın 18-də Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək.

Yüksək Liqa
20-ci tur
14 may

Şuşa – Baku Fire 5:8
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

18 may

Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Ehtiyat hakim: Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 19:00.

Xallar: Neftçi İK – 52. Araz-Naxçıvan – 49. Baku Fire – 38. Şuşa – 21. U-19 – 15. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 37. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Yüksək Liqa: “Baku Fire” bürünc medalçı oldu

14 May 2026 at 18:00

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün sonuncu – 20-ci turunun bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, “Olimpik Star”da növbəti qələbəsini qazanmış “Baku Fire” cari mövsümü üçüncü pillədə başa vurub.

U-19 isə meydana çıxmadan 3 xalı aktivinə yazdırıb.

Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la gücünü sınayacaq. Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək.

Yüksək Liqa
20-ci tur
14 may

Şuşa – Baku Fire 5:8
Bakı. “Olimpik Star”. Saat 16:00.

18 may

Neftçi İK – Araz-Naxçıvan
Bakı İdman Sarayı. Saat 19:00.

Xallar: Neftçi İK – 52. Araz-Naxçıvan – 49. Baku Fire – 38. Şuşa – 21. U-19 – 15. Lənkəran – 0.

Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 37. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.

Futzal: Final matçı saat 16:00-da başlayacaq

14 May 2026 at 11:00

Futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün final oyunu mayın 21-də keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bu mövsüm kubok uğrunda “Araz-Naxçıvan”la “Neftçi” İK mübarizə aparacaqlar. Komandalar Bakı İdman Sarayında üz-üzə gələcəklər. Həlledici oyuna saat 16:00-da start veriləcək.

Qeyd edək ki, canlı yayımlanacaq qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Xatırladaq ki, “Araz-Naxçıvan”la “Neftçi” İK cari mövsümdə Azərbaycan çempionluğuna da əsas namizəddirlər. Yüksək Liqanın sonuncu turunda məhz bu iki komanda qalib gələcək. Qalib gələn tərəf Azərbaycan çempionu olacaq. Sözügedən matç mayın 18-də baş tutacaq.

Azərbaycan Kuboku
Final
21 may

Araz-Naxçıvan – Neftçi İK
Bakı İdman Sarayı. Saat 16:00.

Yüksək Liqa: Mərkəzi oyunun start saatı dəyişdirildi

14 May 2026 at 09:00

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026 mövsümünün 20-ci turunun bir oyununun başlama saatı dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” İK – “Araz-Naxçıvan” oyununun başlama saatında dəyişiklik edilib. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, mayın 18-də saat 16:00-da yox, 19:00-da start götürəcək. Canlı yayımlanacaq matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək. Çünki bu qarşılaşma çempionluğun taleyinə aydınlıq gətirəcək.

Yeri gəlmişkən, 20-ci turun bir oyununa təyinatlar da açıqlanıb. Mayın 14-də keçiriləcək matçı Elgün Hüseynovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Liqada mövsümə mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq. Amma həlledici matçın təyinatları hələ açıqlanmayıb.

Yüksək Liqa
20-ci tur
14 may

Şuşa – Baku Fire
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Rza Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

❌
❌