Normal view

Yesterday — 8 June 2026ARENA.AZ

Matvey Safonov Luka Şevalye ilə münasibətindən danışdı

7 June 2026 at 19:00

Fransa nəhəngi PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov Paris komandasındakı fransız həmkarı Luka Şevalye ilə münasibətindən danışıb.

Arena.az rusiyalı qapıçının müvafiq fikrini təqdim edir:

“Biz vahid qapıçı dəstəsiyik. Oyuna qədər hamımız bir-birimizə uğurlar diləyirik, oyundan sonra təbriklər ünvanlayırıq. Bu, adi haldır. Kollektivdə belə də olmalıdır”, deyə Safonov vurğulayıb.

Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 27 yaşlı qolkiperin Fransa nəhəngi ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Safonov indiyə qədər PSJ-nin heyətində bütövlükdə 44 oyuna çıxıb. Rusiyalı qapıçı bu oyunlarda 41 qol buraxıb, 19 oyunda qapısını toxunulmaz saxlayıb. O, PSJ ilə 2 dəfə Fransa çempionu, UEFA Çempionlar Liqasının qalibi olub, eləcə də 1 dəfə Fransa Kubokunu, Fransa Super Kubokunu, UEFA Super Kubokunu, FİFA Qitələrarası Kubokunu qazanıb.

“Krasnodar”ın yetirməsi olan, Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 18 oyuna çıxıb, 13 qol buraxıb, 7 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 27 yaşlı rusiyalı qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

❌
❌