Normal view

Yesterday — 6 July 2026ARENA.AZ

Oliver Qlasner – “Nottingem Forest”in yeni baş məşqçisi!

6 July 2026 at 18:20

Avstriyalı futbol mütəxəssisi Oliver Qlasner İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest”ə baş məşqçi təyin edilib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

51 yaşlı mütəxəssislə 3 mövsümlük (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Qlasner son olaraq İngiltərənin digər komandası “Kristal Pelas”ı çalışdırıb. Onun rəhbərliyi altında London təmsilçisi İngiltərə Kubokunu, İngiltərə Super Kubokunu və Avropa Konfrans Liqasını qazanıb. Bununla da Qlasner “Kristal Pelas” tarixinin ən uğurlu məşqçisi olub.

2025/26 mövsümündə “Kristal Pelas” Premyer Liqanı 45 xalla 15-ci pillədə başa vurub. “Nottingem Forest” isə 44 xal toplayaraq çempionatı 16-cı sırada tamamlayıb. Bu üzdən də “meşəçilər” portuqal baş məşqçi Vitor Pereyra ilə vidalaşmağa qərar veriblər.

Qeyd edək ki, Oliver Qlasner məşqçilik karyerası ərzində Avstriyanın “Rid”, LASK, Almaniyanın “Volfsburq” və “Ayntraxt” klublarında da baş məşqçi kimi çalışıb. O, 2021/2022-ci illər mövsümündə “Ayntraxt”la Avropa Liqasının qalibi olub.

❌
❌