Normal view

Today — 31 May 2026ARENA.AZ

“Zirə” 5 futbolçusu ilə yollarını ayırdı

31 May 2026 at 17:00

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 5-ci pillədə baş vurmuş “Zirə” 5 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikelslə klub arasında imzalanmış müqavilələrin müddəti başa çatıb. Həmçinin, Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülmüş Rüfət Abdullazadə ilə də icarə müqaviləsinin müddəti bitib. Klub adıçəkilən futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Rəşad Sadıqovun çalışdırdığı “Zirə” 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqası çərçivəsində keçirdiyi 33 oyunda 13 qələbə qazanıb, 14 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Komanda 53 xalla 5-ci yeri tutub və avrokuboklardan kənarda qalıb. Azərbaycan Kubokunun finalına da yüksəlmiş qəsəbə təmsilçisi həlledici oyunda “Sabah”a məğlub olub.

❌
❌