Normal view

Today — 28 October 2025Main stream

Qrinvud Premyer Liqaya qayıda bilər

28 October 2025 at 21:08

“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını yenidən ölkəsində davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Vest Hem Yunayted” və “Tottenhem” 24 yaşlı sağ cinah vingerinin transferi üçün maraqlanır.

Qeyd edək ki, M.Qrinvudun “Transfermarkt” portalına əsasən dəyəri 40 milyon avrodur.

 

“Yuventus” “Çelsi”nin müdafiəçisini transfer etmək istəyir

28 October 2025 at 20:55

“Çelsi”nin sağ cinah müdafiəçisi Malo Qusto karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Yuventus” 22 yaşlı fransalı futbolçunun xidmətində maraqlıdır.

Malo Qustonun transfer qiyməti 40 milyon avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Turin təmsilçisi bu məbləği “Çelsi”yə ödəməyə hazırdır

“Arsenal” 19 yaşlı vinger üçün hərəkətə keçdi

28 October 2025 at 20:08

“Arsenal” Braziliyanın “Vasko de Qama” klubunda çıxış edən gənc futbolçu Rayanın transferində israrlıdır.

İdmanxeber.az xəbər verir ki, 19 yaşlı sağ cinah oyunçusunun bazar dəyəri 18 milyon avro civarındadır.

Qeyd edək ki, Rayan hazırda “Vasko de Qama” ilə 2026-cı ilin dekabr ayına qədər müqavilə ilə bağlıdır.

 

“Kəpəz”, “Karvan-Yevlax”, “İmişli” və “Turan Tovuz” 1/8 finalda

28 October 2025 at 19:04

Bu gün Bizon Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə altı matç baş tutub. 

“Şəfa”, “Baku Sportinq”, “Karvan-Yevlax”, “İmişli”, “Kəpəz” və “Turan Tovuz” 1/8 finala yüksəlib.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

28 oktyabr

“Göygöl” – “Baku Sportinq” 0:2
Qollar: 
İlham Allahverdiyev 40,60

14:00 “Karvan-Yevlax” – “Sheki City” 3:1
Qollar:
 Said İranxan, 16, , Qavi 101+1, Mikels 119 – Nurlan Novruzov 90+2 

“Qaradağ Lökbatan” – “İmişli” 2:3
Qollar: 
S.Allahquliyev, 28 (pen) – Elmir Rəhimzadə 66, Juninyo 81(p), 90+5

“Cəbrayıl” – “Şəfa” 0:3
Qollar: 
A.Ebrahimzade, 25, 44, Amil Yunanov 84

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
Qollar:
 Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 41, E.Əbilov, 44, İsmayılov 63(p), Donqo 85 – Hüseynov 69

17:00 “Dinamo” – “Turan Tovuz” 0:5
Qollar: 
V.İbrahima, 18, 51, Ş.Əliyev, 18, A.Hüseynov, 41, 90

“Qarabağ” – “Çelsi” matçının biletləri satışa çıxır 

28 October 2025 at 17:57

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletləri aşağldakı qiymətlərdə olacaq:

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Bu klubumuz özünə stadion tikir?: “Demək olar ki, bu məsələ böyük ölçüdə həll olunub”

28 October 2025 at 17:01

“Stadion məsələsi təkcə “Şəfa”nın deyil, ümumi futbolumuzda bir problemə çevrilib. Artıq anlaşmamız var. Qoy bu sürpriz olaraq qalsın. Demək olar ki, 90 faiz bu məsələ həllini tapıb”.

Bu sözləri İdmanxeber.az saytına “Şəfa”nın prezidenti Sərdar Salmanzadə deyib. Klub rəhbəri daha sonra belə davam edib:

“İstəmirəm ki, müqaviləyə imza atmamış bunu açıqlayım. Bizim yanaşmamız budur. Amma belə deyim ki, Bakı üzrə stadion tikmək üçün ərazilər var. Mən stadion problemi olan klub rəhbərlərinə, bu işə yatırım etmək istəyən ivestorlara sizin vasitənizlə səslənirəm ki, torpaq sahəsi alıb və ya icarəyə götürüb yeni arenalar inşa edə bilərlər.

Bizim uzunmüddətlik torpaq sahəsi icarəyə götürmək və stadion tikmək fikrimiz var. Bu dövlətə aid torpaq olacaqsa, lap yaxşı. Həmin inşa olunacaq arena bir müddət sonra ölkə futbolu üçün faydalı olacaq”.

“İnter”in qapıçısı adam öldürdü

28 October 2025 at 16:05

“İnter”in ispaniyalı qapıçısı Xosep Martines ölümlə nəticələnən yol qəzasına səbəb olub.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçunun idarə etdiyi avtomobil bu səhər 81 yaşlı əlil arabasındakı kişiyə çırpılıb. Nəticədə yaşlı şəxs hadisə yerində həlak olub.

Xatırladaq ki, Martines 2024-cü ilin yayında “Cenoa”dan “İnter”ə 14 milyon avroya transfer olunub. O, bu mövsüm Milan klubunun heyətində 2 oyuna çıxıb.

“Barselona”da Levandovski sevinci

28 October 2025 at 15:39

“Barselona”nın zədəli olan hücumçuau La Liqanın XI turunda “Elçe” ilə matçda iştirak edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Robert Levandovskidən gedir. Polşalı forvard artıq komanda üzvləri ilə məşqlərə qoşulub.

“Barselona” “Elçe” ilə noyabrın 2-də üz-üzə gələcək.

Volkan Demirel Ankara klubuna baş məşqçi oldu

28 October 2025 at 15:19

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Demirel “Gençlerbirliyi”nin baş məşqçisi təyin olunub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat katibi Aykut Çakmaklı “Ajansspor”a açıqlama verib. 44 yaşlı mütəxəssis bu gün Ankaraya yollanacaq.

Demirel bu vəzifədə Hüseyn Eroğlunu əvəz edəcək. Onun son klubu “Bodrumspor” olub.

Alves kilsədə ruhaniliyə başladı

28 October 2025 at 14:52

“Barcelona” klubunun sabiq futbolçusu Dani Alves Kataloniyada yerləşən bir kilsədə ruhani rəhbər kimi fəaliyyətə başlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Alvesin kilsədə  “Siz Allaha inanmalısınız. Mən bunun canlı sübutuyam. Mən Allahla bir müqavilə bağlamışam!” deyə, bildirdiyi iddia edilib.

Qeyd edək ki, Alves ötən illərdə cinsi təcavüz ittihamı ilə 14 ay müddətinə həbs edilmiş, daha sonra isə bəraət almışdı.

 

 

“Fənərbağça”ya 10 milyon təklif edildi

28 October 2025 at 14:38

“Betis” Sofian Amrabatı transfer etmək istəyir.

İdmanxeber.az “Fichajes”ə istinadən xəbər verir ki, İspaniya klubu “Fənərbağça”ya 29 yaşlı mərakeşli yarımmüdafiəçi üçün 10 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Amrabat mövsümün əvvəlində “Betis”ə icarəyə verilmiş və La Liqada 6 oyunda forma geyinib.

“Yuventus” Spalletti ilə danışıqlara başlayır

28 October 2025 at 14:19

“Yuventus” Luçano Spalletti ilə danışıqlara başlayır.

İdmanxeber.az xəbər verir ki, Turin klubu İtaliya millisinin sabiq baş məşqçisinə mövsümün sonuna qədər müqavilə, əlavə olaraq uzadılma imkanı təklif etməyi planlaşdırır.

Qeyd edək ki, “Yuventus” son turda “Latsio”ya 0:1 hesabı ilə uduzub və ardıcıl səkkiz oyundur qələbə qazana bilmir. Komanda hazırda A Seriyasında 12 xalla 8-ci yerdədir.

“Qaradağ Lökbatan” – “İmişli”: START HEYƏTLƏR

28 October 2025 at 13:16

“İmişli” Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində Quba Olimpiya İdman Kompleksinin stadionunda “Qaradağ Lökbatan”la üz-üzə gəlir

“Qaradağ Lökbatan”: 90. Əli Kərimov 27. Sabir Allahquliyev 6. İsa Zeynallı 7. Elmin Əskərli 14. Fərid Abbaslı (k) 4. Vüsal Hüseynov 8. Ramil Orucov 11. Rəhman Quliyev 17. Tofiq Nəsibov 10. Emil Quluzadə 77. Hakan Həsənov

Ehtiyat oyunçular: 1. Rafiq Kərimov 3. Nicat Əskərov 9. Rövşən Şahmuradov 44. Qurban Hüseynov 15. Vüsal Alızadə 5. Nihad Əmrahzadə 21. Ayxan Məcidov 33. İlham Hüseynov 19. Mehdi Həşumov 88. Ceyhun Ağazadə

Baş məşqçi: Qəzənfər Abbasov

“İmişli”: 1. Hüseynəli Quliyev 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı (k) 44. Həzrət İsayev 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 23. Dioqo Rollo 17. Ezekiel Morqan

Ehtiyat oyunçular: 33. Andrey Sinenka 99. İmam Əli 19. Azər Salahlı 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkil

“Seltik” baş məşqçisi Brendan Rocerslə yollarını ayırdı

28 October 2025 at 12:46

Mövsümə istənilən kimi başlayamayan “Seltik” baş məşqçisi Brendan Rocerslə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, klub bu barədə rəsmi məlumat yayıb. 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Rocers 2023-cü ilin yayında “Seltik”ə baş məşqçi təyin olunmuşdu. Komanda hazırda Şotlandiya Premyer Liqasında 9 turdan sonra 17 xalla 2-ci pillədə qərarlaşıb və lider “Harts”dan 8 xal geri qalır.

“Real”da ciddi itki – Kapitan əməliyyat olunacaq

28 October 2025 at 12:27

“Real” ciddi itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, komandanın kapitanı Dani Karvahal dizindən aldığı zədə səbəbindən əməliyyat olunacaq.

İspaniyalı müdafiəçi La Liqanın 10-cu turunda “Barselona” ilə görüşdə (2:1) zədələnib.

Qeyd edək ki, Karvahal ötən il çarpaz bağlarından aldığı ağır zədədən yeni qayıtmışdı.

“Tottenhem” hücumçusundan narazıdır

28 October 2025 at 11:51

“Tottenhem” klubu Dominik Solankeni komandadan göndərməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi Tomas Frank 28 yaşlı hücumçunun çıxışından və tez-tez zədələnməsindən narazıdır.

Solanke 2025/26 mövsümündə cəmi üç oyunda iştirak edib və qol vurmayıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.

Açıqlandı: Ronaldo və Messi eyni heyətdə 

28 October 2025 at 11:24

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPRO) 2024/25 mövsümünün ən yaxşı “11-liy”inə namizədlərin siyahısını təqdim edib.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda Kriştiano Ronaldo, Lionel Messi, Osman Dembele, Məhəmməd Salah, Lamin Yamal və Erlinq Haland kimi ulduz futbolçular yer alıb.

Qeyd edək ki, 2025-ci ilin “Qızıl top” mükafatını PSJ-nin vingeri Osman Dembele qazanıb. İkinci yerə Lamin Yamal, üçüncü yerə isə Vitinya layiq görülüb.

Millimizin İslandiya və Fransa ilə oyunlarının biletləri satışda

28 October 2025 at 11:01

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa ilə keçiriləcək oyunuları üçün biletlər satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

 iTicket.az-da onlayn şəkildə satılan biletlər İslandiya ilə görüş üçün 5-30, Fransa ilə oyun üçün 5-200 manat arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq və saat 21:00-da start götürəcək.

“Beşiktaş”dan İtaliya klubuna

28 October 2025 at 10:33

“Beşiktaş” Milot Raşiçanı itirə bilər.

İdmanxeber.az xəbər verir ki, İtaliya klubu “Udineze” kosovolu vingerlə maraqlanır və futbolçunun transferi üçün “Beşiktaş”a rəsmi təklif göndərib.

29 yaşlı Raşiçanın İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. O, daha əvvəl “Vuştriya”, “Vitess”, “Verder”, “Norviç” və “Qalatasaray”da çıxış edib.

Riad Rəfiyevə sərt etiraz: “Gördüyü işə tüpürələr”

27 October 2025 at 23:17

“Sumqayıt” Misli Premyer Liqasının IX turunda səfərdə “Zirə”yə məğlub olub – 0:1. Bu nəticə yerli azarkeşlərin təpkisinə yol açıb.

Riad Rəfiyevin rəhbərlik etdiyi komanda son beş oyunda cəmi bir qələbə qazanıb. Bu uğursuz seriyaya tərəfdarlar sərt təpki göstərib. Onlar klubun rəsmi sosial şəbəkə hesabında rəhbərliyə etiraz ediblər.

Azarkeşlərdən bir neçəsinin fikirləri ilə sizi tanış edirik:

Dadaş Babayev: “Bu boyda şəhərin adına oynadığınız futbol ayıbdır. Bu gedişlə ancaq Azərbaycan çempionatında oynayarsınız”.

Arif Nadirov: “Sizin də, rəhbərliyin də gördüyü işə tüpürələr. Bu qədər legioner və xarici məşqçinin cəlb edilməsi qarşılığında oynadığınız futbola baxanda adam söyüşdən başqa söz tapmır. Rədd olun, dağılışın gəldiyiniz yerə”.

Ramin Şirinov: “Bundan sonra gedib Region Liqasında oynasınlar ki, bir az bilsinlər futbol nədir. Bu göstərdikləri oyun futbol deyil. Baxmaqdansa, baxmamaq daha yaxşıdır — əsəblərimiz yerində qalar”.

 

“Mançester Yunayted” Rafael Leaonun transferinə hazırlaşır

27 October 2025 at 21:45

“Mançester Yunayted” “Milan”ın portuqaliyalı ulduz hücumçusu Rafael Leaonu heyətinə cəlb etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, İngiltərə təmsilçisi bu transfer üçün “Milan”a 100 milyon avro təklif etməyə hazırdır.

24 yaşlı futbolçu hazırda “rossonyerlər”lə 2028-ci ilin iyun ayına qədər müqaviləyə malikdir.

Rafael Leao cari mövsümdə meydana çıxdığı 5 oyunda 4 qol vurmağı bacarıb.

 

“Neftçi”nin oyununa giriş pulsuz olacaq

27 October 2025 at 21:25

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, “Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

“Roma” Zirkzenin transferi üçün hərəkətə keçdi

27 October 2025 at 21:03

“Roma” “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzeni transfer etmək niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Can Piero Qasperini 24 yaşlı futbolçunun transferini rəhbərlikdən tələb edib.

Məlumata görə, niderlandlı forvard İngiltərə klubundan ayrılmaqda qərarlıdır. Buna əsas səbəb oyunçunun “Mançester Yunayted”də kifayət qədər oyun praktikasına sahib olmamasıdır.

Yesterday — 27 October 2025Main stream

“Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik” – Millimizin baş məşqçisi

27 October 2025 at 18:33

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən (1:0) sonra fikirlərini bildirib:

İdmanxeber.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib ki, “Qazaxıstan yığması ilə oyunlar çox vacib idi:

“Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.

Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.

Qeyd edək ki, millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.

“İmişli”nin futbolçusu əməliyyat edildi

27 October 2025 at 17:32

“İmişli”nin futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçuya qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub.

Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti stabil və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti futbolçunun tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

“Yuventus” baş məşqçisi ilə yolları ayırıb

27 October 2025 at 17:29

“Yuventus” baş məşqçisi İqor Tudoru vəzifəsindən azad edib.

İdmanxeber.az xəbər verir ki, məlumatı insayder Fabrizio Romano yayıb. Xorvatiyalı mütəxəssis bu gün klub rəhbərliyi tərəfindən işdən çıxarılıb.

Komandanı müvəqqəti olaraq “Yuventus”un gənclər komandasının çalışdırıcısı Massimo Brambilla idarə edəcək.

Qeyd edək ki, Turin təmsilçisi son 8 oyunda qələbə qazanmayıb və hazırda A Seriyasında 12 xalla 8-ci pillədə qərarlaşıb.

Kevin De Bruyne ağır zədə aldı

27 October 2025 at 17:24

“Napoli”nin futbolçusu Kevin De Bruyne ağır zədə alıb.

İdmanxeber.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi A Seriyasının “İnter”lə oyununda (3:1) penaltidən vurduğu qol epizodunda bud əzələsində ciddi yırtıqla üzləşib.

Müayinələrin nəticəsinə əsasən, De Bruyne bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Millimiz böyük hesabla məğlub oldu

27 October 2025 at 16:48

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldovanın Vadul lui Voda şəhərində baş tutan qarşılaşmada rəqibinə 0:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-17 millimiz qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

Lamin Yamal Pike və Şakiranın yaşadığı köhnə villanı alır

27 October 2025 at 16:34

“Barselona”nın hücumçusu Lamin Yamal məşhur cütlük – klubun sabiq müdafiəçisi Jerar Pike və müğənni Şakiranın yaşadığı villanı almağı planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

18 yaşlı futbolçu həmin malikanəyə sevgilisi Niki Nikolle birlikdə köçməyi düşünür.

Məlumata görə, Yamal yaxınlıqda yaşayan komanda yoldaşları — Aleksandro Balde və Ronald Arauxo ilə qonşu olacaq. Sözügedən ev Barselonanın elit yaşayış kompleksi sayılan “Esplugues-de-Llobregat” bölgəsində yerləşir.

Qeyd edək ki, Lamin Yamal 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Gənc vinger bu müddətdə 114 oyuna çıxaraq 28 qol vurub və 39 qol ötürməsi edib.

Okan Burukdan möhtəşəm göstərici – 100-cü qələbə!

27 October 2025 at 16:13

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Super Liqasında 100-cü qələbəsini qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu nailiyyətə 120 oyuna rəhbərlik etdiyi müddətdə imza atıb. Onun komandası bu matçlarda 100 qələbə, 13 bərabərlik və cəmi 7 məğlubiyyət əldə edib.

Bu göstərici ilə Okan Buruk “Qalatasaray” tarixində ən uğurlu baş məşqçilərdən biri olub.

Vinisius “Real”dan getmək istəyir: “Daha bəsdir, bezdim artıq”

27 October 2025 at 15:39

“Real”ın hücumçusu Vinisius Junior “Barselona” ilə oyundan sonra komandadan ayrılmaq istədiyini bildirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə DAZN məlumat yayıb.

İspaniya La Liqasının 10-cu turunda keçirilən görüşdə 25 yaşlı braziliyalı futbolçu 72-ci dəqiqədə əvəzlənib. O, meydanı tərk edərkən narazılıq nümayiş etdirib və baş məşqçi Xabi Alonsonun əlini sıxmaqdan imtina edib.

Mənbənin məlumatına görə, Vinius baş məşqçiyə belə deyib:

“Yenə mən? Niyə həmişə mən? Komandadan gedirəm. Daha bəsdir, bezdim artıq”.

Qeyd edək ki, Vinius Junior 2018-ci ildən “Real”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb, 6 qol vurub və 5 asist edib.

Mateo Kovaçiç “Mançester Siti”dən ayrılmağa yaxındır

27 October 2025 at 15:19

Xorvatiya millisinin yarımmüdafiəçisi Mateo Kovaçiç “Mançester Siti”dən ayrılmağa yaxındır.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Vest Hem” və “Aston Villa” ciddi şəkildə maraqlanır.

Kovaçiçin “Siti” ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədər qüvvədə olsa da, onun mövsümün sonunda komandadan ayrılması ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Mateo Kovaçiç 2023-cü ilin yayında “Çelsi”dən “Mançester Siti”yə transfer olunmuşdu.

Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı

27 October 2025 at 14:57

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun IV mərhələsinə (fitnes modul) start verilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA-dan dəvət olunan Fritz Şmid tərəfindən keçirilən kursda, həmçinin AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovda iştirak edirlər.

Qeyd edək ki, kursa oktyabrın 30-da yekun vurulacaq.

Abasovun qərarı ilə razılaşmır – Cəfərov getmək istəyir

27 October 2025 at 14:41

“Neftçi”nin qapıçısı Rza Cəfərov klubdan ayrılmaq istəyir. Təcrübəli qolkiper ehtiyatda qalmaqdan bezib. O, Samir Abasovun bu qərarı ilə razılaşmır.

Mövsümün əvvəlindən Kenan Piriçə şans verən baş məşqçi Cəfərovu əsas heyətdə düşünmür. Millimizin üzvü isə bu durumdan narazıdır.

O, yanvarda klubu tərk etmək istəyir. Hələ mövsümün əvvəlindən gənc qolkiperə təkliflər olsa da, “Neftçi” onu buraxmadı. 

Oynamadığı üçün millidəki yerini də itirən 22 yaşlı qapıçı komandada qalmaq niyyətində deyil. Cəfərov mövsümün əvvəlində  ayrılmaq istədiyini dəfələrlə baş məşqçiyə bildirsə də, ona konkret cavab verilməyib. Ancaq futbolçu fikrindən daşınmır.

O, mövsümün sonuna qədər ehtiyatda qalmaq fikrində deyil. Futbolçu davamlı oynaya biləcəyi bir komandaya keçmək istəyir.

İdmanxeber.az 

Zidandan sonra Alonso da bunu bacardı

27 October 2025 at 13:46

“Real” Xabi Alonsonun rəhbərliyi altında ilk “El Klasiko” qələbəsini qazanıb. Madrid təmsilçisi doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, Alonso “Real”ın baş məşqçisi kimi debüt oyununda “Barselona”ya qalib gələn ikinci mütəxəssis olub. Bu uğura sonuncu dəfə 2016-cı ildə Zinəddin Zidan imza atmışdı.

Hazırda “Real” 27 xalla La Liqanın lideridir, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Türk futbolunda böyük qalmaqal: 152 hakim mərc oyunlarında!

27 October 2025 at 13:34

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu ölkə hakimliyi ilə bağlı şok açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o  bildirib ki, peşəkar liqalarda fəaliyyət göstərən 571 aktiv hakimin 371-nin bukmeker kontorlarında hesabı var. Daha da diqqətçəkən məqam isə 152 hakimin hazırda aktiv şəkildə mərc oyunlarında iştirak etməsidir.

Bu açıqlama türk futbolunda hakimlik sisteminin etibarlılığına dair ciddi suallar yaradıb və ictimaiyyətdə böyük rezonans doğurub.

 

100-cü oyun

27 October 2025 at 13:14

Misli Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub. 

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. 

Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb. 

Azərbaycan Kubokunun adı dəyişdirildi

27 October 2025 at 12:45

Bu gün “Avrora Qrup”la Peşəkar Futbol Liqası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

İdmanxeber.az xəbər verir ki, əməkdaşlığa əsasən, bundan sonra Azərbaycan Kuboku “Bizon Azərbaycan Kuboku” adlanacaq.

Müqaviləni PFL tərəfindən qurumun rəhbəri Elxan Səmədov və Avrora Qrupun prezidenti Ceyhun Abbasov imzalayıblar.

Tudorla yollar ayrılır?

27 October 2025 at 12:16

“Yuventus”da baş məşqçi İqor Tudorun postu təhlükə altındadır.

İdmanxeber.az-ın məlumatına görə, A Seriyasının son turunda “Latsio”ya 0:1 hesabı ilə uduzan Turin klubu ardıcıl üçüncü məğlubiyyətini alıb və səkkiz oyundur qələbə qazana bilmir.

“Yuventus” hazırda turnir cədvəlində 8-ci yerdədir və növbəti matçını oktyabrın 29-da “Udineze”yə qarşı keçirəcək.

İtaliya klubu Neymarla danışıqlara başladı

27 October 2025 at 11:36

Braziliyanın məşhur futbolçusu Neymar karyerasını İtaliyada davam etdirməyə yaxındır.

İdmanxeber.az “Tuttosport”a istinadən xəbər verir ki, 33 yaşlı ulduz hücumçu ilə “İnter” ciddi şəkildə maraqlanır. Məlumata görə, Milan təmsilçisi artıq Neymarın transferi üçün ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, təcrübəli futbolçunun Braziliya “Santos”u ilə müqaviləsi bu ilin 31 dekabr tarixinədək qüvvədədir.

Azərbaycan kuboku oyunlarına hakim təyinatları 

27 October 2025 at 11:27

Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, matçlar adları aşağıda qeyd olunan hakimlərə tapşırılıb: 

28 oktyabr (çərşənbə axşamı)

14:00. “Göygöl” – “Baku Sportinq”
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov
Buzovna qəsəbə stadionu

14:00. “Karvan-Yevlax” – “Sheki City”
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev
Şamaxı şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə
Quba OİK stadionu

14:00. “Cəbrayıl” – “Şəfa”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev
Şamaxı OİK stadionu

14:00. “Kəpəz” – “Ağstafa Gəncləri”
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev
Qəbələ şəhər stadionu

17:00. “Dinamo” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov
“Azersun Arena”

29 oktyabr (çərşənbə)

14:00. “Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Şamaxı OİK stadionu

14:00. “Xankəndi” – “Difai”
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Ağsu şəhər stadionu

14:00. “Zaqatala” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Zaqatala OİK stadionu

16:00. “Qəbələ” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov
Qəbələ şəhər stadionu

16:00. “Səbail” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
“ASCO Arena”

19:00. “Neftçi” – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov
“Palms Sports Arena”

“Qarabağ” azarkeşi fərqləndi, “Araz Naxçıvan”ın oyunu heç kimə maraqlı deyil

27 October 2025 at 11:01

Misli Premyer Liqasının IX turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən çox azarkeşi “Qarabağ” – “Şamaxı” matçında qeydə alınıb. Görüşü tribunalardan 850 tamaşaçı izləyib.

Azarkeşlər tərəfindən maraq göstərilməyən oyun isə Masazırda baş tutan “Araz Naxçıvan” – “Sabah” matçıdır. Qarşılaşmanı cəmi 250 nəfər izləyib.

Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir:

Kəpəz – İmişli – 400

Qəbələ – Neftçi – 600

Zirə  – Sumqayıt- 800

Karvan – Yevlax – Turan Tovuz – 300

 

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

27 October 2025 at 10:10

Bu gün bir sıra futbol matçları keçiriləcək.

27 oktyabr

Rusiya, Premyer Liqa
20:30 Axmat – Soçi (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Qaziantep – Fənərbaxça (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Rizəspor (beİN Sports 2)

İspaniya, La Liqa
00:00 Betis – Atletiko (Futbol 2, S Sport+)

Abubakar məşqçiləri fikrindən daşındırdı, meydanda parladı!

27 October 2025 at 10:00

“Neftçi” Misli Premyer Liqasının IX turunda səfərdə “Qəbələ”ni məğlub etdi. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar bir assist və bir qolla matçın ulduzu oldu.

Əslində kamerunlu hücumçu bu oyunu kənardan izləməli imiş. Belə ki, məşqçilər heyəti futbolçu yeni gəldiyi üçün onu “Qəbələ”yə qarşı oynatmağı düşünmürmüş.

Ancaq ulduz oyunçu
dünənki matçda meydanda olmaq istəyib. O, özünü hazır hiss etdiyini bildirib.

Məşqçilər heyəti də Abubakarın istəyini geri çevirməyib.

Nəticədə, kamerunlu forvard “Qəbələ”yə qarşı meydana çıxıb və möhtəşəm performans göstərib.

İdmanxeber.az

“Oyunu belə tez-tez dayandırmaq olmaz” – Qurban Qurbanov

26 October 2025 at 22:39

“Şamaxı” ümumən yaxşı oynadı. Məşqçinin əl işi hiss olunurdu. Belə oyunlarda bizə elə də asan olmur, çünki oyun çox dayandırılır. Həmişə bunu demək istəmişəm. Ümumiyyətlə, hakimlər kimlə oynadığımızdan asılı olmayaraq, oyunlara daha diqqətli yanaşsınlar. Hər oyunçu yıxılan kimi həkimlər gəlir, vaxt gedir. Gərək buna hakimlər də nəzarət etsinlər, belə olmaz”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı” oyunu (0:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“Biz istəyirik ki, Avropayla uyğunlaşaq, lakin bu, alınmır. Bu, bizim xeyrimizə deyil, oyunun bir anda tempi dəyişir. Bu çempionatı ona uyğunlaşdırmaq lazımdır. Oyunçular da istər-istəməz hirslənirlər. Gərək hakim buna nəzarət etsin. Yıxılanların da heç birində ciddi zədə görmədim. Uduzsaq da, udsaq da bunları deyəcəkdim. Oyunu belə tez-tez dayandırmaq olmaz.

Sağ olsunlar ki, azarkeşlər də bu gün çox dəstək oldular. Görünür ki, çempionat o qədər də asan olmayacaq, mübarizə aparacağıq. Oyunun sonlarında daha yaxşı oyun görə bilərdik. Təəssüf ki, bu, oyunun dayandırılmasına görə alınmadı”.

“Səfərdə bir xal bizim üçün daha önəmlidir” – Ayxan Abbasov

26 October 2025 at 21:13

“Bilirdik ki, çətin olacaq. Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi. Qol epizodlarımız da oldu. Bu da bizə xas olan oyundur. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Qırmızı vərəqə aldıq, öz qapımıza qol vurduq. Önəmli olan toparlanmaq idi. Futbolçularıma təşəkkür edirəm ki, “Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaqlar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Qarabağ” oyunu (0:0) sonrası deyib. O, daha sonra belə davam edib:

Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz “Qarabağ”la müqayisə ediləsi deyilik. Əsas odur ki, “Şamaxı” adı ilə “Qarabağ”dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. “Qarabağ” çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir”.

Before yesterdayMain stream

“Neftçi”dən qələbə, “Qarabağ”dan heç-heçə – YENİLƏNİB 

26 October 2025 at 20:24

Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki matç keçirilir. 

Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkib. Görüş “ağ-qaralar”ın qələbəsilə başa çatıb – 2:0. Komandanın yeni transferi Vensan Abubakar bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı” ilə görüşüb. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Misli Premyer Liqası
IX tur

26 oktyabr (bazar) 

16:00. “Qəbələ” – “Neftçi” – 0:2 

Qol: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli 
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Şamaxı” 0:0
Hakimlər:
 Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev

VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Azersun Arena”

“Qolum da, məhsuldar ötürməm də komanda yoldaşlarımın köməyi ilə oldu”

26 October 2025 at 20:12

“Əsas odur ki, komanda şəklində yaxşı çıxış etdik. Qolum da, məhsuldar ötürməm də komanda yoldaşlarımın köməyi ilə oldu. Daha da sevindirici hal odur ki, “Neftçi” qələbə qazandı”.

Bu sözləri “Neftçi”nin yeni transferi Vinsen Abubakar Azərbaycan Premyer Liqasındakı debütunu şərh edərkən deyib. 

IX tur çərçivəsində “Qəbələ”yə qarşı keçirilən matçda (2:0) qol və məhsuldar ötürmə ilə yadda qalan kamerunlu forvard “Neftçi”yə keçidini belə şərh edib: “Çox xoşbəxtəm ki, “Neftçi” kimi böyük kluba gəlmişəm. Burada olmaqdan məmnunam. Hazırda komanda o qədər də yaxşı çıxış etməsə də, istəyirik ki, birlikdə uğurlu nəticələr qazanaq”.  

Abubakar ideal formaya düşmək üçün bir qədər zamana ehtiyac olduğunu söyləyib: “Düşünürəm ki, 2 oyun 90 dəqiqə meydanda olsam, hər şey qaydasına düşəcək”. 

 

Hədəflər barədə isə o deyib: “Neftçi” böyük klubdur. Böyük klubun isə yalnız bur hədəfi olur, başqa hədəf olmur”. 

“Azarkeşlərə nə demək istərdiniz?” sualını kamerunlu forvard belə cavablandırıb:

“İlk növbədə təşəkkürümü bildirmək istərdim. Çünki onlar futbolçulara, komandaya çox yaxındırlar. Hər matçda öz dəstəklərini nümayiş etdirirlər. Onların dəstəyi “Neftçi”nin uğur qazanmasına kömək olacaq”

“Sabah” U-12 komandası Antalya Friendship Cup-ın qalibi oldu

26 October 2025 at 19:24

Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Friendship Cup” turnirinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turnirdə uğurla çıxış edib.

Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın “Margiris”, finalda isə Rusiyanın “Yunayted Yekaterinburq” komandasını məğlub edərək turniri birinci sırada, çempion kimi başa vurub.

Antalya Friendship Cup 

Yarımfinal

Sabah (Azərbaycan) – Margiris (Litva) 1:0 
Qol: Cavidan Ağayev.

Final

Sabah (Azərbaycan) – Yunayted Yekaterinburq (Rusiya) 3:0 
Qollar: Raul Pənahov, Abbas Hüseynli, Nihad Həsənov.

Vensan Abubakar: “Neftçi”yə fayda vermək üçün gəlmişəm”

26 October 2025 at 19:21

Vensan Abubakar “Neftçi”yə faydalı olmaq üçün gəlib.

İdmanxeber.az xəbər verir ki, bunu Vensan Abubakarın özü Misli Premyer Liqasının IX turunda “Qəbələ” üzərində qazanılan qələbədən (2:0) sonra “ağ-qaralar”ın mətbuat xidmətinə açıqlamasında deyib.

Kamerunlu hücumçu “Neftçi” camiəsinin və azarkeşlərin onu Bakıda çox yaxşı qarşıladıqlarını bildirib:

“İlk öncə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onlar Bakıya gəldiyim ilk gündən bu yana mənə çox isti münasibət bəsləyirlər. Gəldiyimdə məni öz ailə üzvləri kimi qarşıladılar. Bu hal futbolçunun yüksək motivasiyası üçün önəmlidir. “Neftçi”yə faydalı olmaq üçün gəlmişəm. Komanda yoldaşlarımla gücümüzü birləşdirsək yaxşı işlər görə bilərik”.

Qeyd edək ki, Abubakar “Qəbələ” ilə debüt matçında 1 qol və 1 assistlə yadda qalaraq qələbədə əsas pay sahib olub.

 

Kaxaber Tsxadadze: “Epizodların 20 faizini qola çevirə bilsəydik, nəticə fərqli olardı”

26 October 2025 at 19:17

“Qəbələ” Misli Premyer Liqasının 9-cu turunda doğma meydanda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Bu qədər qol vəziyyətləri yaradırıq. Fərdi səhvlərdən qollar buraxırıq. Sanki bir qədər soyuqqanlılıq çatmır və müdafiədə səhvlərə yol veririk. Nə etmək olar? Bu səhvləri aradan qaldırmaq üçün bundan sonra da işləməliyik. Təəssüfləndirici məğlubiyyətdir. Yaratdığımız epizodların 20 faizini qola çevirə bilsəydik, nəticə daha yaxşı ola bilərdi.

– Oyunu iki hissəyə bölmək olar? Abubakar meydana daxil olana qədər və ondan sonrası?

– Başa düşürəm ki, o yetərincə səviyyəli futbolçudur. Amma hazırda ideal formasından uzaqdır. Biz öz oyunumuza baxmalıyıq. Belə futbolçuların gəlişi təbii ki, çempionatın səviyyəsini qaldırır.

– Hər oyundan sonra rəqib baş məşqçilər “Qəbələ”nin oyun tərzini bəyəndiklərini deyir. Bəs siz özünüz bəyənirsiz?

– Bəli, hamı qeyd edir ki, “Qəbələ” çox yaxşı futbol oynayır. Bunu biz də görürük, siz də görürsüz. Amma əsas olan xaldır. Bizim xalımız azdır. Vacib olan odur ki, xallar qazanaq. Karyeram ərzində heç vaxt liqada qalmaq uğrunda mübarizə aparan komandada işləməmişəm. 8 il Azərbaycanda, 5 ilə Qazaxıstanda işlədiyim klublar daim yüksək yerlər uğrunda mübarizə aparıb. Bu, mənim üçün də çətindir. Klub prezidenti ilə görüşümüz oldu, müzakirə etdik. Təəssüf doğuran odur ki, biz oyun baxımından “Neftçi”dən geri qalmadıq. Onların cəmi iki zərbəsi oldu, ikisi də qolla nəticələndi. Amma bizim nə qədər zərbələrimiz, rəqib qapıçının qurtarışları oldu. Mən I Liqada işləyəndə çoxları təəccüblə qarşıladı. Amma dedim ki, söz vermişəmsə, bu işi görəcəm. İndi də bu sözü vermişəm. Komandanın Premyer Liqada qalması üçün əlimdən gələni edəcəm. Əminəm ki, belə oyunla uğur gələcək. Səbr edəcəm, axıra qədər işimin başında olacam.

– Samir Abasov futbolçu karyerasının ən uğurlu dönəmlərini sizin rəhbərliyiniz altında keçirib. “Neftçi”ni təhlil edərkən sizin oyun sisteminizin təsirini görürsüz?

– Samir Abasova mənim haqda dediyi müsbət sözlərə görə təşəkkür edirəm. Onunla tez-tez görüşürük. Onun yaxşı məşqçi kimi yetişməsinə görə şadam. Samir Abasov çempion olub. Məndən də nəsə götürübsə, buna görə sevinərəm. Yaxşı yerli məşqçilər var. Qurban Qurbanov, Ayxan Abbasov, Rəşad Sadıqov, Elmar Baxşıyevi qeyd edə bilərəm. Biz isə bütün diqqətimizi öz komandamıza yönəltməliyik ki, Premyer Liqada yerimizi qoruyaq.

Samir Abasov: “Rəqabət hər mövqedə olmalıdır”

26 October 2025 at 18:52

“Neftçi” Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Rəqib baş məşqçi Kaxaber Tsxadadzeni və “Qəbələ”ni təbrik edirəm. Onlar çox yaxşı komandadır. Qəbələdə oynamaq çətindir. Birinci hissə bunu göstərdi. “Qəbələ” bütün rəqiblərinə qarşı üstün futbol oynayıb. Hər futbolçu nə etmək lazım olduğunu yaxşı bilir.Öz oyunçularıma minnətdaram. Bilirdik ki, futbolçular ikinci hissədə açılışacaq. Heyəti də buna uyğun qurmuşduq. Azarkeşlərimizə təşəkkür edirəm. Yolumuza davam edirik.

– Elvin Camalov və Edvin Kuç uzun müddətdir oynamırdı. Onları start heyətində meydana buraxmaqla risk etmədiniz?

– Xeyr, risk deyildi. Bilirik ki, daim burada məşq edən komandanın üstünlüyü bizdən çoxdur. Mərkəzi möhkəmləndirməklə rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Oyunun əvvəlindəMetyunu düşünə bilməzdik. Bu atmosferdə, havada onu ilk dəqiqələrdən meydana buraxa bilməzdik. Hazırlıq səviyyəsinin nə qədər olduğunu bilirik. Düşünürəm ki, hər şey yaxşı alındı.

– Sessi Dalmeydanın oynamamasının səbəbi Qəbələnin havası ilə bağlıdır?

– Xeyr, səbəb bu deyil. Düşündük ki, Elvin buranl tanıyır, Kuç da uzun müddətdir bizimlədir. Onlar da bizim oyunçulardır. Həmişə Sessi oynayacaq deyə bir şey yoxdur. Bütün futbolçular hazır olmalıdır, oynamalıdır.

– Hücum xəttini dəyişəndən sonra dərhal bəhrəsini verdi. Bu, növbəti oyunlarda start heyətinin müəyyənləşdirilməsinə təsir edə bilər?

– Qərarları buna görə vermirik. Bir neçə dəfə olub ki, sonradan meydana daxil olan futbolçular effekt veriblər. Amma görürsüz ki, əsas heyətdə kimlər olur. Mənə futbolçuların hamısının yaxşı formada olması lazımdır.

– Oyundan sonra Metyuya iradlarınızı bildirdiz. Ona nə dediyinizə bilmək olar?

– Heç bir iraddan söhbət getmirdi. Onun meydançadakı duruşu ilə bağlı istəklərimizi deyirdim.

– Oyunu iki hissəyə bölsək, Vensan Abubakar meydana daxil olandan sonra hər şeyin dəyişdiyini demək olar?

– Böləsi olsaq, birinci və ikinci hissəyə bölsək, daha yaxşı olar. Bəli, Abubakar təcrübəsini göstərdi. O da bizim oyunçumuzdu. İkinci hissədə rəqibə epizod vermədik.

– Milli komandanın da qapıçısı olan Rza Cəfərova yayda təkliflər var idi, amma “Neftçi”də qaldı. Burada isə şans qazanmır. Onun başqa kluba göndərilməsi daha məqsədə uyğun olmazıd?

– Qərarları klub verir, biz veririk. Nəyin məqsədəuyğun olduğunu klub yaxşı bilir. İstəyirik ki, bütün mövqelərdə böyük rəqabət olsun. Yerli və ya legioner qapıçı fərq etməz. Biz də özümüzü düşünürük.

– Abubakar bu gün 20 dəqiqə oynadı. Fiziki durumu növbəti matçda daha çox oynamasına imkan verir?

– Oyundan asılıdır. Bəli, ola bilər. Elə futbolçular var ki, 45 dəqiqə meydanda qalır, məşqçi hər an ondan nəsə edəcəyini gözləyər. Abubakar həmin futbolçulardandır. Onun kimi oyunçularla bağlı qərarı sırf fiziki durumuna görə vermək düzgün deyil. Amma istədiyimiz odur ki, AAbubakar 90 dəqiqə oynamağa hazır olsun.

– Qəbul edirsiz ki, 9 tur ərzində 2 qələbə “Neftçi” üçün azdır?

– Əlbəttə qəbul edirəm. Amma biz durmadan təhlillər edirik. İlk 2-3 oyunda tam ideal vəziyyətdə deyildik. Nə itirdiksə, orda itirdik. Yaxşı oynayıb heç-heçə etdiyimiz matçlar da problemli görünmür. İlk oyunlarda qələbə qazana bilsəydik, bəlkə də bu gün ən yüksək yerlərdə idik. Özünüz də görürsüz ki, hər turda nə qədər heeç-heçələr olur. Bu, normal bir şeydir, belə də davam edəcək.Biz isə işimizi ancaq qalib gəlmək üçün quracağıq.

“Barselona” Xuliyan Alvarezi transfer etmək istəyir

26 October 2025 at 16:39

“Barselona” “Atletiko Madrid”in hücumçusu Xuliyan Alvarezi transfer etmək niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı futbolçunun keçidi üçün qarşı tərəfə 150 milyon avro təklif edib.

Lakin Madrid klubu Alvarezi satmaq üçün 200 milyon avro tələb edir.

Qeyd edək ki, Argentina millisinin üzvünün “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Xuliyan Alvarezi cari mövsüm meydana çıxdığı 14 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

“Qarabağ” – “Şamaxı” matçına doğru: Komandalarda son durum 

26 October 2025 at 15:11

Misli Premyer Liqasının IX turunda “Qarabağ” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunda zədəli olan Joni Montiel komanda ilə məşqlərə başlayıb. Dizində  ağrıları olan Musa Qurbanlının isə oynayıb-oynamacağı bəlli deyil.

“Şamaxı”da isə cəzalı Abdulaye Şuaybu ilə yanaşı, zədəli Edqar Adilxanovla Andrey Tirkoveanu meydanda çıxa bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” – “Şamaxı” qarşılaşması oktyabrın 26-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək. 

Kriştiano Ronaldo karyerasında 950-ci qolunu vurdu

26 October 2025 at 15:02

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 950-ci qolunu qeyd edib.

İdmanxeber.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda “Əl-Hazm”la oyunun 79-cu dəqiqəsində fərqlənib. Görüş “Əl-Nəsr”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Ronaldonun hesabında klub səviyyəsində 807, Portuqaliya millisində isə 143 qol var.

“Qəbələ” – “Neftçi”: START HEYƏTLƏR

26 October 2025 at 14:51

Bu gün Misli Premyer Liqasında 9-cu turun daha iki oyunu keçiriləcək.

Artıq hər iki komandanın start heyəti bəlli olub:

“Qəbələ”: 1. Səlahət Ağayev  28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 42. Jandro Fuks 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 7. Rüfət Əhmədov 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 3. Eduardo Kunde 70. Paulo Quimbila 30. Prins Ovusu

Baş məşqçi: Kaxaber Tsxadadze 

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 4. Elvin Camalov 15. Elvin Bədəlov 14. Edvin Kuç 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 6. Sessi Dalmeyda 18. İfeanyi Metyu 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi

Baş məşqçi: Samir Abasov 

İtaliya klubu yanvarda İkardinin agenti ilə görüşəcək

26 October 2025 at 14:50

Mauro İkardinin “Qalatasaray”dakı gələcəyi uzun müddətdir ki, futbol ictimaiyyətində müzakirə mövzusudur. Klubun prezidenti Dursun Özbek isə son açıqlamasında İtaliyadan sürpriz bir iddiaçının ortaya çıxdığını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, “Torino” klubu heyətini gücləndirmək üçün argentinalı hücumçunu transfer siyahısının başına qoyub. İtaliya klubu rəhbərliyi yanvar ayında İkardinin agenti ilə görüşməyi planlaşdırır.

Bu mövsüm Mauro İkardi ümumilikdə 9 matçda meydana çıxıb və 5 dəfə fərqlənib. “Transfermarkt”ın məlumatına görə, hazırda onun bazar dəyəri 8 milyon avrodur.

 

Gənc ulduz Kenan Yıldız Madrid yolunda?

26 October 2025 at 14:01

“Real Madrid”in gələcəyi üçün Kenan Yıldızı hədəfləyib

İdmanxeber.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Xabi Alonso, “Yuventus”un gənc ulduzu Kenan Yıldızın transferini həyata keçirmək istəyir.

Məlumata görə, məşhur agent Covanni Brankini bu transferdə vasitəçi rolunu oynayır.

Bildirilir ki, Kenan Yıldız “Real Madrid”in gələcəyi üçün əsas hədəf hesab edilir. Hazırda transfer danışıqları ilkin mərhələdədir və “Yuventus” gənc ulduz üçün təxminən 100 milyon avro transfer haqqı tələb edir.

 

“Mançester Yunayted”in gənc ulduzu London klubunun maraq dairəsində

26 October 2025 at 13:40

“Vest Hem” “Mançester Yunayted”in gənc yarımmüdafiəçisini transfer etmək istəyir

İdmanxeber.az xəbər verir ki, London təmsilçisi “qırmızı şeytanlar”ın ingiltərəli yarımmüdafiəçisi Kobi Meyno üçün rəsmi təklif hazırlayır.

Məlumata görə, “Vest Hem” 20 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Meyno isə “Mançester Yunayted”i tərk etmək qərarındadır. O, daha çox oyun praktikası qazana biləcəyi komandaya keçmək istəyir.

Qeyd edək ki, gənc yarımmüdafiəçi bu mövsüm çıxış etdiyi 7 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Albaniyada Zamiq Əliyevin “Eqnatiya”sı qolsuz bərabərə qaldı

26 October 2025 at 13:03

Albaniya Superliqasında 8-ci turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Partizani” ilə üz-üzə gəlib

Zamiq Əliyev qarşılaşmaya start heyətində çıxıb və oyunu tam keçirib.

Gərgin mübarizə şəraitində keçən görüş qolsuz bərabərliklə — 0:0 hesabı ilə başa çatıb.

Ardıcıl ikinci dəfə heç-heçə edən “Eqnatiya” 15 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Zamiqin komandası lider “Vilaznia”dan 4 xal geri qalır.

Ozancan Kökçünün komandası inamlı qələbə qazandı

26 October 2025 at 12:40

Niderland Erediviziyasının 10-cu turunda bir neçə qarşılaşma baş tutub.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi “Volendam” öz meydanında “Herakles”i qəbul edib.

Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ozancan Kökçü matça start heyətində başlayıb və fasilədə əvəzlənib. Bu nəticədən sonra “Volendam” 10 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Neymar A Seriyasına keçə bilər

26 October 2025 at 12:01

“Santos”un hücumçusu Neymar İtaliya nəhənglərinin maraq dairəsinə düşüb.

İdmanxeber.az xəbər verir ki, tanınmış jurnalist Fabritsio Romano braziliyalı ulduzla “İnter” və “Napoli”nin maraqlandığını bildirib.

Məlumata görə, 33 yaşlı futbolçu özü də A Seriyasında çıxış etməyə müsbət yanaşır. Onun “Santos”la müqaviləsi 31 dekabrda başa çatacaq və Neymar qış transfer pəncərəsində Avropaya qayıtmağı planlaşdırır.

Ulduz futbolçu həmçinin Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin diqqətini çəkməyə və DÇ-2026 öncəsi yığmaya qayıtmağa ümid edir.

Qeyd olunur ki, Neymar ötən yay “Milan”a keçidlə bağlı da təklif almışdı.

Umudlunun qərarı qardaş ölkədə də təəccüblə qarşılandı: “Bu, səhvdi” (VİDEO)

26 October 2025 at 11:39

Misli Premyer Liqasının IX turu çərçivəsində baş tutmuş “Kəpəz” – “İmişli” matçında mübahisəli epizod yaşanıb.

Görüşün baş hakimi Kamal Umudlu Gəncə klubunun qapıçısına qırmızı vərəqə göstərir. Daha sonra VAR-a gedərək, epizodun ofsayd olduğuna qərar verir.

Bunun ardından referi qolkiperin rəqib oyunçuya müdaxiləsini kobud oyun kimi dəyərləndirir və “qırmızı” qərarını qüvvədə saxlayır.

Ancaq maraqlı budur ki, Umudlu ofsayd qərarını qeydə alsa da, oyun “Kəpəz”in sərbəst zərbəsi ilə yox, “İmişli”nin cərimə zərbəsi ilə start götürür. 

Epizodu dəyərləndirməsi üçün İdmanxeber.az saytının daimi eksperti olan sabiq FİFA rederisi Deniz Ateş Bitnelə müraciət etdik.

Həsən Quluzadə / İdmanxeber.az 

Matça doğru: İki komanda da rahatdır 

26 October 2025 at 11:22

Misli Premyer Liqasının IX turunda “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi iki komanda da rahatdır. Heyətlərdə cəzalı və ya zədəli futbolçu yoxdur.

Xatırladaq ki, “Qəbələ” – “Neftçi” matçı bu gün saat 16:00-da start götürəcək.

“Borussiya Dortmund”un yarımmüdafiəçisi ölkəsinə qayıda bilər

26 October 2025 at 11:05

“Borussiya Dortmund”un ingiltərəli yarımmüdafiəçisi Cob Bellingem karyerasını doğma ölkəsində davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, 20 yaşlı futbolçunun xidmətində “Kristal Pelas”, “Mançester Yunayted” və “Tottenhem” maraqlıdır.

Məlumata görə, Bellingem Almaniya klubundakı vəziyyətdən razı deyil və bu səbəbdən gələcəkdə daxil olan təklifləri dəyərləndirməyi planlaşdırır.

 

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

26 October 2025 at 10:46

Bu gün bir sıra futbol matçları keçiriləcək.

26 oktyabr

Rusiya, Premyer Liqa
14:00 Akron – Lokomotiv Moskva (Matç Premyer)
18:30 Zenit – Dinamo Moskva (Matç Premyer, Matç TV)
20:45 Krasnodar – Rubin (Matç Premyer)

İtaliya, A Seriyası
15:30 Torino – Cenoa (Futbol 1)
18:00 Sassuolo – Roma (Futbol 1)
21:00 Fiorentina – Bolonya (Futbol 1)
23:45 Latsio – Yuventus (Futbol 1, Matç TV)

Azərbaycan, Premyer Liqa
16:00 Qəbələ – Neftçi (CBC Sport)
18:30 Qarabağ – Şamaxı (CBC Sport)

Almaniya, 2-ci Bundesliqa
16:30 Kayzerslautern – Nürnberq (S Sport+)

İspaniya, La Liqa
17:00 Malyorka – Levante (İdman TV)
19:15 Real – Barselona (İdman TV, Futbol 2)
21:30 Osasuna – Selta (İdman TV)

İngiltərə, Premyer Liqa
18:00 Arsenal – Kristal Pelas (beİN Sports 3)
18:00 Astona Villa – Mançester Siti (beİN Sports 4)
20:30 Everton – Tottenhem (beİN Sports 3)

Türkiyə, Super Liqa
18:00 Qalatasaray – Göztəpə (Futbol 3, beİN Sports 1)
21:00 Kasımpaşa – Beşiktaş (Futbol 3, beİN Sports 1)

“İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi”

25 October 2025 at 21:36

“Zirə” Misli Premyer Liqasının 9-cu turunda doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bilirdik ki, çox yaxşı formalaşmış və uğurlu çıxış edən bir komandaya qarşı oynayacağıq. Matça yaxşı başladıq. Birinci hissə üstünlüyümüzlə keçdi, hesabı açdıq. İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Belə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vursaydıq, oyun bizim üçün daha rahat keçərdi. Biz vurmadıqca rəqib daha böyük qüvvə ilə hücuma çıxırdı. Bu dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdi və rəqibə fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq.

– Rauf Cabarovun idarəçiliyi xoşunuza gəldi?

– Bəlkə də birinci oyunu idi ki, sakit oldu. Yəqin ki, hər iki tərəfin etirazı yoxdur. Oyunu yaxşı idarə etdi.

– 2018-ci ildə U-21 millisinin baş məşqçisi olduğunuz zaman Premyer Liqa klublarının gənc oyunçulara şans verməməsindən gileylənirdiniz. Artıq neçə ildir “Zirə”də çalışırsız. Bu illər ərzində Cəlal Hüseynovdan gənc futbolçunun şans qazandığını görmürük. İndi U-21-in baş məşqçisinin Rəşad Sadıqovu qınamağa haqqı var?

– Zaman fərqli olur. 2018-ci ildəki çempionatla indiki arasında böyük fərq var. Gənc futbolçu olacağı təqdirdə mütləq şəkildə oynayacağıq. Bizim hələ ki elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər. 3-4 nəfər var ki, bizimlə məşqlərdə iştirak edirlər. Amma hazırda oyunlarda iştirak etmələri riskli olar.

– Vinsent Tillə yollarınızı ayırdız. Komandaya gələndə onun zədəli olduğunu bilirdiz. Til “Zirə”yə niyə gəldi, niyə getdi?

– Futbolçunun komandaya gəlməsinin bir səbəbi var, o da kollektivi gücləndirməkdir. Onun vaxtilə dizindən aldığı zədə bizi narahat edirdi. Biz onu yoxladıq. Dizində heç bir problem yox idi. Başqa bir zədə aldı. O zədə də 4-5 dəfə təkrarlandı. 4 ay ərzində komanda ilə cəmi bir məşqdə iştirak etmişdi. Oturduq söhbət etdik, düşündük ki, ona uzunmüddətli müalicə lazımdır. Yaxşı olar ki, Avropada bərpa prosesi keçsin. Ola bilər ki, bir məşqçi olaraq gələcəkdə Tillə qarşılım. Çünki futbolçu olaraq onu çox bəyənirəm. Düşünürəm ki, hər iki tərəf üçün doğru qərar oldu.

– Qapıda Aydın Bayramova şans verməyinizin səbəbi nə idi?

– Tiaqo Silvanın “Sabah”la oyundakı qollarda səhvi yox idi. Qərar həmin matçdan öncə verilmişdi. Demişdim ki, “Sumqayıt” və “Karvan-Yevlax”la oyunlarda Aydına şans verəcəm. O, bizim üçün dəyərlidir. Aydının ötən mövsüm ikinci yeri tutmağımızda böyük rolu oldu. Amma bir nömrəli qapıçımız Silvadır. Hamımız başa düşürük ki, Aydının millidə debüt etmək üçün şansı var. Məşqçilər bütün yerli qapıçıları gözdən keçirəcək.

– Eldar Quliyev legioner statusu ilə çıxış edir. Rəşad Sadıqovun Eldara olan sevgisinin səbəbi nədir?

– Eldar Quliyevin ümumi çıxışından çox razıyam. Onun gəldiyi mövsümdə komanda uğursuz oldu, 5-ci yeri tutduq. Amma sonrakı illərdə Eldarın böyük əməyi olub. Sadəcə olaraq bir az uğursuzluq yaşadı. Ötən mövsüm sona 3-4 tur qalmış zədələndi. Təlim-məşq toplanışında yenidən zədə aldı. 3-4 ay yaxşı məşq edə bilmədi. Yavaş-yavaş ona şans verməyə başlamışıq. Yaxın gələcəkdə daha çox oynayacaq. (sportal.az)

“Hər iki komanda oyuna rəng qatırdı” – Elmar Baxşıyev

25 October 2025 at 19:28

“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”la üz-üzə gəlib.

İdmanxeber.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən və 2:2 hesabı ilə başa çatan matçdan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı olub. Baxşıyev yaxşı oyuna şahidlik etdiklərini bildirib:

“Yaxşı, dinamik, mübarizəli oyuna şahid olduq. Hər iki komanda oyuna rəng qatırdı. Ümumi olaraq, komandamın çıxışından razıyam. İlk gündən istədiklərimi yerinə yetirirlər.

Bir xal qazandıq. Tək bizə aid deyil, istənilən komanda oyunun 95-ci dəqiqəsində qol vurarsa, belə emosiya nümayiş etdirməsi normaldır. Sevinirik ki, bir xal qazana bildik.

İstəyərdim ki, belə oyuna, bu cür tempə 2-3 dəqiqə baxılmasın. Çünki futbolçular da həmin tempə çatmaq üçün çox çalışırlar. Yenə də hakimliyin üzərinə getmək istəmirəm. Görünən odur ki, bizə daha fərqli yanaşırlar. Təkcə meydanda deyil, kənardan da bizə maneə olmağa çalışırlar”.

“Hakimin son saniyələrdə əleyhimizə verdiyi qərar bizə böyük zərər vurdu”

25 October 2025 at 18:39

“Sabah” Misli Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Çətin oyun idi. Birinci hissədə topa daha çox nəzarət edən tərəf biz idik. Rəqibə heç bir fürsət vermədik. Bəzi epizodlardan yaxşı istifadə edə bilmədik. Hücumları daha yaxşı bitirə bilərdik. İkinci hissənin ilk 5 dəqiqəsi xoşuma gəlmədi. Sanki oyuna yuxulu halda daxil olduq. Mərkəzdə çoxlu top itkiləri oldu. Rəqib bizə böyük təzyiq etmirdi. Qollardan sonra daha açıq oyunun şahidi olduq. Hesabı 3:1 etmək üçün fürsətlərimiz var idi. Matçın sonlarında hakimin verdiyi foul qərarında mənim oyunçuma qarşı qayda pozuntusu olmuşdu. Orada niyə cərimə zərbəsi verdikləri mənə qaranlıq qaldı. Bilmirəm Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək. Hər oyunda 3:0 hesabı ilə qalib gələ bilmərsən. Bir çox matçlar bərabər səviyyədə keçir. Hakimin son saniyələrdə əleyhimizə verdiyi qərar bizə böyük zərər vurdu”.

“Zirə” – “Sumqayıt” matçı üçün heyətlər açıqlandı

25 October 2025 at 17:50

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək “Zirə” – “Sumqayıt” matçı üçün heyətlər açıqlanıb.

“Zirə”: 13. Aydın Bayramov 70. Namik Ələskərov 32. Qismət Alıyev (k) 4. Ruan Renato 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis

Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 77. Yeqor Boqomolski 6. Eldar Quliyev

“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 14. Pedro Pinto 10. Nikola Ninkoviç 71. Masaki Murata

“İmişli”dən ağır zədə alan futbolçusu barədə açıqlama

25 October 2025 at 17:14

“İmişli”nin Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə oyunda zədələnən futbolçusu Vüsal Qənbərovun durumuna aydınlıq gəlib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçinin aşağı ətraf sümüklərində sınıq aşkarlanıb. Bildirilib ki, hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və immobilizasiya tədbirləri həyata keçirilib. Hazırda Vüsalın vəziyyəti stabil qiymətləndirilir. Onun oktyabrın 27-də əməliyyat olunması planlaşdırılır.

Qeyd edək ki, Vüsal” ötən ilin yanvar ayından “İmişli”nin formasını geyinir.

Matça doğru: “Zirə”də narahatlıq, “Sumqayıt”da üzlər gülür

25 October 2025 at 16:11

Misli Premyer Liqasının IX turunda “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisi görüşə itkilərlə çıxacaq. Uzun müddətə sıradan çıxan Abdul Aziz Batibiye, İssa Cibrila və Davit Volkov zədə səbəbindən “Sumqayıt”a qarşı oynamayacaqlar. Ceyhun Nuriyevlə İsmayıl İbrahimlinin də durumu qeyri-müəyyəndir.

Onların meydana çıxıb-çıxmayacaqları oyun saatına qədər bəlli olacaq.

“Sumqayıt” isə matça tam heyətlə hazırlaşıb. Komandada əməliyyat olunan Ayxan Süleymanlıdan başqa hamı hazır durumdadır.

Xatırladaq ki, qarşılaşma bu gün saat 18:30-da start götürəcək.

 

Kovaçiç “Mançester Siti”dən ayrılır?

25 October 2025 at 16:08

“Mançester Siti”nin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiç yanvar ayında komandadan ayrılmağa yaxındır.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Vest Hem”, “Milan” və “Aston Villa” maraqlanır.

Məlumata görə, Kovaçiç xüsusilə “Milan”a keçidə müsbət yanaşır. Onun bu qərarına həmvətəni Luka Modriçlə eyni komandada oynamaq arzusu təsir edib.

 

İtaliya nəhəngi Hın-Min Son üçün hərəkətə keçdi

25 October 2025 at 15:45

“Milan” ABŞ-ın “Los Anceles” klubunda çıxış edən cənubi koreyalı futbolçu Hın-Min Sonu transfer etmək niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, 33 yaşlı sol cinah oyunçusunun bazar dəyəri “Transfermarkt” portalına əsasən 20 milyon avrodur.

Təcrübəli futbolçu cari mövsümdə 10 oyunda meydana çıxaraq 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Araz Naxçıvan” – “Sabah”: START HEYƏTLƏR

25 October 2025 at 15:09

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 9-cu turunda “Bank Respublika Arena”da “Sabah”la üz-üzə gəlir.

“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen

Baş məşqçi: Elmar Baxşıyev “Sabah” 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 70. Cesse Sekidika 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

PFL bunu da bacardı – Azərbaycan kuboku üçün… (ÖZƏL)

25 October 2025 at 15:06

Bir neçə saat öncə Peşəkar Futbol Liqasının rəsmi səhisindən Azərbaycan Kuboku ilə bağlı paylaşım edilib.

İdmanxeber.az “Tezliklə” yazılı paylaşımın təfərüatlarını öyrənib. Əldə etdiyimiz məlumata görə, Azərbaycan Kubokuna yeni sponsor cəlb edilib.

Böyük şirkətlərdən biri turnirin sponsoru olacaq. Həmin şirkətin adını dəqiqləşdirməyə çalışırıq.

Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Renat oynadı, komandası qalib gəldi

25 October 2025 at 14:48

Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” Polşa Ekstraklasasının 13-cü turunda “Vidzev”i 3:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, görüş “Motor”un meydanında baş tutub. Dadaşov matça 78-ci dəqiqədə daxil olub.

“Motor” hazırda 14 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

“Atletiko” Robert Levandovskini heyətinə qatır

25 October 2025 at 14:40

“Barselona”nın ulduz hücumçusu Robert Levandovski mövsümün sonunda Kataloniya klubunu tərk etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı forvardı “Atletiko Madrid” azad agent kimi heyətinə qatmaq niyyətindədir.

Bu mövsüm 9 oyuna çıxan Levandovski 4 qol vurub. Təcrübəli futbolçunun bazar dəyəri hazırda 10 milyon avro təşkil edir.

“Mançester Yunayted” Balebanın transferi üçün hərəkətə keçdi

25 October 2025 at 14:36

“Mançester Yunayted” “Brayton”un kamerunlu yarımmüdafiəçisi Karlos Balebanı transfer etməyə çalışır.

İdmanxeber.az xəbər verir ki, 21 yaşlı futbolçunun dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Baleba cari mövsüm “Brayton”un heyətində 10 rəsmi oyuna çıxıb, lakin məhsuldarlıq göstəricisinə imza atmayıb.

“Şəmkir”in yeni baş məşqçisi müəyyənləşdi

25 October 2025 at 13:43

4 gün əvvəl Vüqar Nadirovla yollarını ayıran “Şəmkir”in yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2-ci liqa təmsilçisi bu vəzifəyə Vüqar Nadirovun köməkçisi olmuş Kamran İsmayılovu gətirib.

Xatırladaq ki, “Şəmkir” çempionatda geridə qalan 6 tura 9 xal toplayıb. 

“Napoli” iki futbolçusu ilə müqavilə uzatdı

25 October 2025 at 13:04

“Napoli” iki gənc futbolçusu – hücumçu Cüzeppe Ambrozino və yarımmüdafiəçi Antonio Verqara ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, hər iki oyunçu 2030-cu ilin yayına qədər klubda qalacaq. Verqara akademiyanın yetirməsidir və bu mövsüm əsas komandada 1 matça çıxıb, Ambrozino isə “Napoli”yə 2013-cü ildə qoşulub və 2 oyunda forma geyinib.

Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir.

Pullar köçmür, klublar dözmür – Problem davam edir 

25 October 2025 at 11:56

AFFA sentyabr ayı üçün nəzərdə tutulmuş vəsaiti hələ də klubların hesabına köçürməyib. Artıq ənənə halını almış bu durum komandaları çox pis durum salır.

Aşağı liqalarda yalnız dotasiya ilə mübarizə aparan klublar ciddi maliyyə problemi yaşayır. Maaşlar gecikir, komandar səfər oyunlarına getməyə pul tapmır.

Dəfələrlə bu problem barədə danışılsa da, məsələ heç cür həllini tapmır. Ödənişlər həmişə gecikir. Artıq oktyabrın sonu yaxınlasa da, hələ də ötən ayın pulu vurulmayıb.

Təəssüf ki, federasiya heç cür bu problemi həll edə bilmir. Pulların hansı səbəbdən bu qədər gec verildiyi isə bəlli deyil.

İdmanxeber.az 

 

“Sabah”dan heç-heçə, “Zirə”dən qələbə

25 October 2025 at 20:20

Misli Premyer Liqasında 9-cu tur davam edir.

İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə “Araz-Naxçıvan” “Sabah”ı qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Digər oyunda “Zirə” evdə “Sumqayıt”la qarşılaşıb. Qəsəbə klubu matçdan qalib ayrılıb – 1:0.

25 oktyabr (şənbə)

16:00. “Araz-Naxçıvan” – “Sabah” 2:2
Hakimlər:
 Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”

18:30. “Zirə” – “Sumqayıt” 1:0
Hakimlər
: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

VAR: Fərid Hacıyev
AVAR: Namiq Hüseynov
Zirə İdman Kompleksinin stadionu

Matça doğru: İki tərəfdə ciddi itkilər 

25 October 2025 at 10:32

Misli Premyer Liqasının IX turunda “Araz Naxçıvan” “Sabah”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Paytaxt klubunda Zinəddin Uld Xaled, Pavol Şafranko və Boyan Letiç zədəlidir. 

“Araz Naxçıvan”da cəzalı Felipe Santosla uzun müddətdir zədəli olan Ayyub Allaş meydana çıxa bilməyəcək.

Onu da qeyd edək ki, belçikalı futbolçu artıq Bakıdadır. O, fərdi məşqlərə başlayıb.

“Araz-Naxçıvan” – “Sabah” matçı oktyabrın 25-də keçiriləcək. Görüşün start fiti 16:00-da səsləndiriləcək.

Azərbaycanın 5 boksçusu Avropa çempionatında finala vəsiqə qazandı

25 October 2025 at 10:23

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb.

Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.

Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçu ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçulardan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) Avropa çempionatında bürünc medala sahib olublar.

Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha 2 boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcək.

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

25 October 2025 at 10:00

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

25 oktyabr

Azərbaycan, Premyer Liqa
16:00 Araz-Naxçıvan – Sabah (CBC Sport)
18:30 Zirə – Sumqayıt (CBC Sport)

İspaniya, La Liqa
16:00 Jirona – Ovyedo (İdman TV)
20:30 Atletik – Xetafe (Futbol 2)
23:00 Valensiya – Vilyarreal (Futbol 2)

İtaliya, A Seriyası
17:00 Parma – Komo (Futbol 3)
20:00 Napoli – İnter (Futbol 1, Matç TV)
22:45 Kremoneze – Atalanta (Futbol 1)

Almaniya, Bundesliqa
17:30 Borussiya M – Bayern (S Sport+)

İngiltərə, Premyer Liqa
18:00 Çelsi – Sanderlend (beİN Sports 3)
20:30 Mançester Yunayted – Brayton (İdman TV)
23:00 Brentford – Liverpul (İdman TV)

Türkiyə, Super Liqa
18:00 Kocaelispor – Alanyaspor (beİN Sports 1)
21:00 Trabzonspor – Eyüpspor (Futbol 3, beİN Sports 1)

Fransa, Liqa 1
19:00 Brest – PSJ (beİN Sports 4)

Fernandeş Səudiyyə Ərəbistanına transfer olmağı planlaşdırmır

24 October 2025 at 23:35

Bruno Fernandeş Səudiyyə Ərəbistanına transfer olmağı planlaşdırmır.

İdmanxeber.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ötən yay oradan təklif alsa da, “Mançester Yunayted”də qalmağı seçib və növbəti yay da eyni qərardadır.

Fernandeş bir neçə Avropa klubunun maraq dairəsində olsa da, onun müqaviləsi yalnız APL-dən kənar komandaya 65 milyon avroya keçidə icazə verir.

O, cari mövsümdə Premyer Liqada 8 oyunda 2 qol vurub.

“Mançester Yunayted”in yarımmüdafiəçisi klubunu dəyişir

24 October 2025 at 23:00

“Mançester Yunayted”in gənc yarımmüdafiəçisi Kobbi Mainuya “Vest Hem” maraq göstərir.

İdmanxeber.az xəbər verir ki, Nuno Espirito Santu orta xətti gücləndirmək üçün 20 yaşlı futbolçunu əsas hədəflərdən biri kimi görür. London klubu həmçinin “Çelsi”dən Andrey Santosu və “Cenoa”dan Morten Frendrupu da izləyir.

Mainunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Madrid klubu Turam üçün 60 milyon avro ayırdı”

24 October 2025 at 21:44

“Real Madrid” gələn ilin yayında “Yuventus”un yarımmüdafiəçisi Kefren Turamı transfer etməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, 24 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur və Kral klubu bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, K.Turam bu mövsüm bütün turnirlərdə 13 matçda meydana çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

“Çelsi” “Porto”nun 21 yaşlı hücumçusuna göz dikib

24 October 2025 at 21:39

“Porto”nun 21 yaşlı hücumçusu Samu Aqhehova İngiltərə Premyer Liqasında çıxış edə bilər.

İdmanxeber.az xəbər verir ki, London klubu ispaniyalı forvardın transferini həll etməkdə qərarlıdır.

Məlumata görə, “Çelsi” Aqhehova üçün 100 milyon avro ödəməyə hazırdır.

❌
❌