Normal view

Today — 1 November 2025Main stream

“Qarabağ”ın müdafiəsində heç bir boşluq yoxdur” – Samir Abasov

1 November 2025 at 19:52

“Neftçi” Misli Premyer Liqasının 10-cu turunda doğma meydanda “Kəpəz”i 5:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Komanda sanki daha istəkli oynayırdı. Abubakarın gəlişinin bunda nə dərəcədə rolu var?

– Abubakarın komandada böyük rolu var, təcrübəli futbolçudur. Hər yerdə belədir ki, komanda təcrübəli oyunçunun oyununa uymağa çalışırlar. Biz bütün oyunlarda istəkli idik. Mətbuat konfransını bir futbolçuya həsr etsək, digər oyunçulara haqsızlıq olar. 

– Qarşıda “Qarabağ”la oyun var. Hazırda onların müdafiəsində boşluqlar hiss olunur. Bu məqam sizin xeyrinizə ola bilər?

– “Qarabağ”ın müdafiəsində heç bir boşluq yoxdur. Günü-gündən güclənirlər. Həmin matça qədər hələ vaxt var. “Qarabağ”a, Qurban Qurbanova “Çelsi” ilə oyunda uğurlar arzulayıram. Bizim derbiyə gəldikdə isə, maraqlı oyun olacaq. İki yaxşı komanda bir-biri ilə oynayacaq. 

– Oyunla bağlı narazı qaldığınız məqam oldu?

– Elə epizodlar var idi ki, futbolçular driblinq etməyə alüdə olurdular. Amma qələbə elə şeydir ki, çox şeyə göz yumursan. (Sportal.az)

“Verdikəri qərarların hamısı onlara yedizdiriləcək” – Azər Bağırov

1 November 2025 at 19:42

“Oyuna itkilərlə çıxmışdıq. Bilirdik ki, ağır matç olacaq. Ehtiyat oyunçular skamyamız kasad idi. Birinci hissədə nələrisə öz xeyrimizə dəyişə biləcəyimizi düşünürdük. Təəssüflər olsun ki, istədiklərimiz alınmadı”.

 İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov “Neftçi” oyunu (1:5) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Müdafiədə belə zəif oyunun səbəbi nədir?

– Bir oyunu azlıqda oynamışıq. Bu gün isə ehtiyat oyunçular skamyamız demək olar ki, yox idi. Ba ilə Ohori kimi iki əsas oyunçuların olmaması bizim kimi komandalara təsir edir. Heç kim qol buraxmaq istəməz. Təəssüflər olsun ki, boşluqlarımız var. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik.

– “Kəpəz”də oyunçu keyfiyyəti aşağıdır. Bu heyətlə hara qədər davam edəcəksiz?

– Keyfiyyət barədə danışmaq istəmirəm. Bu gün həmin oyunçular mənimdir. Davam etməliyik, məcburuq. Xalları bu futbolçularla yığacağıq. Dəyişikliklər əlbəttə ki, olacaq. Zəif tərəflərimiz var. Hər şeyin vaxtı var. Vaxtı çatanda qərarlar verəcəyik.

Hakimlikdən danışmaq istəmirsiz?

– Hakimlik elə mövzudur ki, bugünkü gündə qarışıqlıqdır. Bütün dünyada, xüsusən də Türkiyədə. Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var. Yəqin vaxt keçdikcə, biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək.

– Rza Cəfərovun qışda “Kəpəz”ə keçəcəyi ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?

– Hazırda heç nə yoxdur. Sabah necə olacağını da bilmirəm. Rza “Neftçi”nin futbolçusudur. Bizimlə də danışıq olmayıb.

“Bu gün oyundan razı, nəticədən isə narazıyıq” – Azər Həşimov

1 November 2025 at 17:16

“Standart vəziyyətlərdən qollar buraxdıq. Futbolçulara daha diqqətli olmalarını tapşırmışdıq. Məşqçi çıxıb orda futbolçunun yerinə mübarizə aparmamalıdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov “Zirə” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Komandamız neçə illərdən sonra Premyer Liqaya qayıdıb, yeni komandayıq. Meydança problemlərimiz var idi, həll olunub, öz meydançamızda məşq edirik. Bunun nəticəsini qarşıdakı oyunlarda görəcəyik. İnanıram ki, daha dinamik, daha sürətli komanda olacağıq.

Coy Mikels “Kəpəz”lə oyundan sonra iki ay futboldan uzaq qalmışdı. Bu gün də iynə-dərmanla meydana çıxmışdı. Bilirdik zədəli olduğunu, ona görə də, bunlar futbolda qaçılmazdır.

Araz Abdullayevin də arxa əzələlərində problem yarandı. Mikro zədədir. Düşünürəm ki, növbəti oyunlarda komandaya qoşulacaq.

Güman edirəm ki, oyundan-oyuna fərq var. Düzdür, futbolda belə bir şey var ki, yaxşı oynayıb məğlub olmaqdansa, pis oynayıb qələbə qazanmaq daha yaxşıdır. Ona görə ki, xallarımızın üstünə xal gəlir. Bu gün oyundan razı, nəticədən isə narazıyıq. Komandama inanıram və düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. “Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”.

“Ruanda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən”

1 November 2025 at 16:45

“Zirə” Misli Premyer Liqasının 10-cu turunda səfərdə “Karvan-Yevlax”ı 3:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “CBC Sport” kanalını 10 illik yubileyi münasibətilə təbrik edirəm. Çempionat elədir ki, heç bir oyuna rahat yanaşa bilmirsən. Bilirdik ki, bizi burada nə gözləyir. “Karvan-Yevlax” ötən tur “Turan Tovuz”a qarşı əzmkar oyun nümayiş etdirmişdi. Bilirdik ki, o əzmkarlıq bu gün də özünü göstərəcək. İlk hissəni çox yaxşı səviyyədə keçirdik, çoxsaylı qol epizodlarımız oldu. Rəqibin qapıçısı inanılmaz qurtarışlar etdi. Bizim qapımıza gələn bir zərbə qolla nəticələndi. Fasilədə futbolçularıma bildirdim ki, hər şeyi düz edirsiz, bu şəkildə davam etmək lazımdır. Hesabı bərabərləşdirdik. Dərhal yenə ağır zərbə aldıq. Rəqib bizi əks-hücumda yaxalayıb qol vurdu. Buna baxmayaraq futbolçularımız özlərində güc və inam tapıb sona qədər mübarizə apardılar və vacib 3 xal qazandıq. Belə davam etməliyik. Növbəti turda bizi “Turan Tovuz”la gərgin və maraqlı oyun gözləyir.

– Kapitanın ehtiyatda olması son oyunlardakı zəif çıxışı ilə bağlı idi?

– Millinin üzvləri hər zaman əlavə yüklənirlər. Millidən qayıdandan sonra Qismət Alıyevdə yorğunluq hiss olunurdu. Ötən tur da onu əsas heyətdə oynatmamağı düşünürdüm. Amma son anda fikrimdən yayındım. Həmin oyun göstərdi ki, fasiləyə ehtiyac var. Elçin Əlicanov da oyunlara yaxşı qoşulmuşdu. Ona şans verdik. Ele oldu ki, effekt verdi. Həm Elçin, həm Qismət qol ötürməsi etdi.

– Zədəli futbolçuların durumu necədir?

– İssa Cibrilla bu həftə komanda ilə məşq etməlidir. Amma “Turan Tovuz”la matçda iştirak etməyi sual altındadır. Davit Volkov isə milli fasilədən sonra qayıdacaq.

– İlk qolda qapıçının səhvinin olduğunu düşünürsüz?

– Ayrandan çox canlı səddin səhvinin olduğunu düşünürəm. Oyunçu topu yerlə vurdu və canlı səddin altından keçdi. Əslində Aydın çox yaxşı reaksiya verdi. “Qarabağ”la oyunda buraxdığımız qola oxşadı. Onda da İssa Cibrilla yanlış davranmışdı. Biz bu barədə danışmışdıq. Amma futboldur, oxşar səhv oldu. Ümumən Aydının çıxışı məni məmnun etdi.

– Ruan Renato ilə onun Azərbaycan millisində çıxış etməsi ilə bağlı söhbətiniz olub?

– Xeyr, söhbətim olmayıb. Son illərdə milliləşmə ilə bağlı proseslərdə durğunluq var. Düşünürəm ki, Ruan Renato elə futbolçudur ki, özü ilə razılaşdırılsa, millimizə xeyir verə bilər. Legionerdən legionerə fərq var. Ruanda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən. Hansısa mövqeyə ehtiyac varsa, bu tip futbolçuları milliləşdirməyə ehtiyac var. Amma məndən asılı qərar deyil. Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm. Milliyə getməsi mənə sərf etmir. Əvvəl legionerlər milliləşdiriləndə hamı deyirdi ki, yerli pasportla çempionatda oynayacaq. Amma artıq elə söhbət yoxdur. Milli üçün faydalı ola bilər. (Sportal.az)

“Neftçi” – “Kəpəz” matçı üçün heyətlər açıqlandı

1 November 2025 at 16:00

Misli Premyer Liqasının 10-cu turunda bu gün keçiriləcək “Neftçi” – “Kəpəz” matçı üçün heyətlər açıqlanıb.

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis

“Kəpəz”: 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 38. Cefferson Bentu

Ehtiyat oyunçular: 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo 6. Pedro Qomeş

“Neftçi” – “Kəpəz” oyunu öncəsi komandalarda SON DURUM 

1 November 2025 at 15:41

Misli Premyer Liqasının X turunda “Neftçi” doğma meydanda “Kəpəz”i qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”da oyun öncəsi itki yoxdur. Zədəli olan Jordan Rezabala komanda ilə məşqlərə başlayıb. Heyətdə cəzalı futbolçu yoxdur.

“Kəpəz”də isə qapıçı Məmməd Hüseynov cəzalıdır. Uzun müddətdir zədəli olan Adama Fofana isə kollektivlə məşqlərə qoşulub.

“Neftçi” – “Kəpəz” görüşü bu gün, saat 17:00-da start götürəcək.

 

Millimizin oyunlarının təqvimi açıqlandı

1 November 2025 at 15:21

Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri və oyunların başlama saatları müəyyənləşib.

Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.

Milli komandanın oyun cədvəli:

4 noyabr

15:00. Azərbaycan – Tacikistan

6 noyabr

15:00. Azərbaycan – İran

9 noyabr

18:00. Azərbaycan – Türkiyə

12 noyabr

15:00. Azərbaycan – Əfqanıstan

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

1 November 2025 at 14:49

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.

İdmanxeber.az xəbər verir ki, ilk yarış günündə milli komandamız aktivinə bir qızıl medal yazdırıb. 

-66 kq çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub. 

Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçumuz final yolunda son olaraq ukraynalı Nazar Viskova qalib gəlib.

Qeyd edək ki, İslam Rəhimov 4 il öncə yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.

“Neftçi” “Kəpəz”lə matça xüsusi formalarla çıxacaq

1 November 2025 at 14:24

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində cəmiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə “Neftçi” “Kəpəz”lə matça uşaqlar tərəfindən nömrələri rənglənmiş xüsusi formalarla çıxacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Oyunda geyinilən xüsusi formalar futbolçular tərəfindən imzalanacaq və MatchWornShirt platforması vasitəsilə hərraca çıxarılacaq. Əldə olunan gəlir “Ümid Yeri” Uşaq Sığınacağına ianə ediləcəkdir.

AFFA-da məşqçilər üçün seminar keçirildi

1 November 2025 at 13:47

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində Misli Premyer Liqasının və I Liqa klublarının məşqçiləri üçün fitnes üzrə seminar təşkil olunub.

İdmanxeber.az xəbər verir ki, tədbirə UEFA-dan dəvət olunan Fritz Şmid və AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov rəhbərlik ediblər.

Sonda məşqçilərə AFFA tərəfindən diplomlar təqdim olunub.

“Karvan – Yevlax” – “Zirə”: START HEYƏTLƏR 

1 November 2025 at 13:01

“Karvan-Yevlax” Misli Premyer Liqasının 10-cu turunda Şamaxı şəhər stadionunda “Zirə”ni qəbul edir.

“Karvan-Yevlax”: 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 33. Eltun Turabov 18. Süleyman Əhmədov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 10. Samuel Durrant 21. İmani Barker

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 3. Said İranxan 8. Peter Kings 4. Olavale Doyeni

Baş məşqçi: Azər Həşimov “Zirə” 13. Aydın Bayramov 70. Namik Ələskərov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 4. Ruan Renato (k) 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis

Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 32. Qismət Alıyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 26. Stefan Aka 28. Leroy Mikels 11. Junior Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

Mahir Emrelinin qohumunun meyiti tapıldı

1 November 2025 at 12:30

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

Hadisə ötən gün 23.00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğludur. (Apa)

“Karvan Yevlax” – “Zirə” matçına doğru: zədəlilər var

1 November 2025 at 12:02

Misli Premyer Liqasının X turunda “Karvan Yevlax” “Zirə” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Ev sahibi klubun qapıçısı Mateuş Pedro zədə səbəbindən meydanda olmayacaq.

“Zirə”də isə uzun müddətə sıradan çıxan və adı çempionatın iştirak ərizəsinə salınmayan Abdul Aziz Batibiye, İssa Cibrila və Davit Volkov zədə səbəbindən “Sumqayıt”a qarşı oynamayacaqlar.

Qeyd edək ki, “Karvan-Yevlax” – “Zirə” matçı noyabrın 1-də keçiriləcək. Qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.

Bakıda futzal hakimləri və inspektorlar üçün seminar keçirildi

1 November 2025 at 11:38

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Bakıda futzal hakimləri və inspektorları üçün seminar keçirilib.

İdmanxeber.az xəbər verir ki, üç gün çəkən seminara UEFA-nın futzal üzrə eksperti və instrukturu Peri Qotye rəhbərlik edib.

O, iştirakçılar üçün nəzəri və praktiki məşğələlər keçərək oyun qaydalarındakı son dəyişiklikləri, müasir hakimlik prinsiplərini və epizodların analiz metodlarını təqdim edib.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən gəlmiş aparıcı və gənc futzal hakimləri, eləcə də onların fəaliyyətini qiymətləndirən inspektorlar iştirak ediblər. Seminarın təşkilində əsas məqsəd Azərbaycan futzal hakimliyinin beynəlxalq standartlara uyğun inkişafına və UEFA ilə əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək olub.

Peri Qotye iştirakçıların yüksək maraq və fəallıq göstərdiyini qeyd edib və seminarın Azərbaycan futzalında hakimlik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağına inandığını bildirib.

AFFA nümayəndələri göstərilən dəstəyə görə UEFA-ya və Peri Qotyeyə təşəkkür edib, belə təlimlərin davamlı keçirilməsinin futzal hakimliyinin inkişafında vacib rol oynadığını vurğulayıblar.

AFFA nəhayət klubları sevindirdi

1 November 2025 at 11:13

AFFA nəhayət sentyabr ayı üçün nəzərdə tutulmuş vəsaiti klubların hesabına köçürüb.

Xatırladaq ki, bir müddət əvvəl bu ödənişlərin gecikməsi aşağı liqalarda çıxış edən komandalar üçün ciddi maliyyə problemləri yaratmışdı. Dotasiya hesabına fəaliyyət göstərən klublar maaşların gecikməsi və səfər xərclərinin ödənilməsində çətinliklərlə üzləşmişdilər.

Artıq federasiya sentyabr ayının vəsaitlərini köçürməklə bu problemi qismən aradan qaldırıb. Bununla belə, klublar gələcəkdə bu cür gecikmələrin təkrarlanmamasını və maliyyə sabitliyinin təmin olunmasını istəyirlər.

İdmanxeber.az 

“Zirə” “Karvan-Yevlax”ı, “Neftçi” “Kəpəz”i məğlub etdi – YENİLƏNİB

1 November 2025 at 18:58

Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

“Karvan-Yevlax” Şamaxı şəhər stadionunda “Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi” isə “Palms Sports Arena”da “Kəpəz”lə üz-üzə gəlib. Burada isə meydan sahibləri qələbəyə sevinib.

Misli Premyer Liqası

10-cu tur

1 noyabr (şənbə)

“Karvan-Yevlax” – “Zirə” 2:3
Qollar: 
İmani Barker, 29, Kayl Spens, 62 – Brahim Konate, 57, Leroy Mikels, 74, Ayron Qomis, 87

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Əmrah İbrahimov 
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu, 14:00

“Neftçi” – “Kəpəz” 5:1
Qollar:
 Emin Mahmudov, 19 (pen), Vensan Abubakar, 23, Bassalu Sambu, 74, 86, Freddi Varqas, 90+1 – Sadiq Şəfiyev, 77

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Palms Sports Arena”, 17:00

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

1 November 2025 at 10:56

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

1 noyabr

Azərbaycan, Premyer Liqa
14:00 Karvan-Yevlax – Zirə (CBC Sport)
17:00 Neftçi – Kəpəz (CBC Sport)

İspaniya, La Liqa
17:00 Vilyarreal – Rayo Valyekano (İdman TV, Futbol 2)
19:15 Atletiko – Sevilya (İdman TV, Futbol 2)
21:30 Real Sosyedad – Atletik (Futbol 2)
00:00 Real – Valensiya (Futbol 2)

İtaliya, A Seriyası
18:00 Udineze – Atalanta (Futbol 1)
21:00 Napoli – Komo (Futbol 1)
23:45 Kremoneze – Yuventus (Futbol 1)

Türkiyə, Super Liqa
18:00 Göztəpə – Gənclərbirliyi (beİN Sports 2)
21:00 Qalatasaray – Trabzonspor (Futbol 3, beİN Sports 1)

İngiltərə, Premyer Liqa
19:00 Bernli – Arsenal (beİN Sports 3)
21:30 Tottenhem – Çelsi (İdman TV, beİN Sports 3)
00:00 Liverpul – Aston Villa (İdman TV)

Fransa, Liqa 1
20:00 PSJ – Nitsa (beİN Sports 4)
22:00 Monako – Paris (beİN Sports 4)

“Qalatasaray” serbiyalı müdafiəçini istəyir

31 October 2025 at 23:51

“Qalatasaray” “Milan”ın serbiyalı müdafiəçisi Straxinya Pavloviçi transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, İtaliya klubu futbolçu üçün 20 milyon avro tələb edir. “Sarı-qırmızılılar” isə transferin reallaşması üçün müxtəlif maliyyə variantlarını qiymətləndirir.

Pavloviç bu mövsüm sabit çıxışı ilə “Milan”da diqqət çəkib.

TFF prezidenti: “Türkiyə futbolunda sistem yox, əxlaq problemi var”

31 October 2025 at 23:51

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu ölkə futbolundakı vəziyyətlə bağlı açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, federasiya rəhbəri sistemin deyil, əxlaqın çatışmaz olduğunu bildirib:

“Türkiyə futbolunda sistem yox, əxlaq problemi var! Bəzi insanlar deyir ki, əcnəbi hakimlər gəlsin. Xeyr! Bizim öz qardaşlarımız var. Hazırda liqanı idarə edəcək qədər kifayət qədər hakimimiz mövcuddur. Üstəlik, hakim hazırlama sistemini də qurmuşuq”.

Poqba sağalmır

31 October 2025 at 22:53

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı topuq nahiyəsindən zədələnib.

İdmanxeber.az xəbər verir ki, fransalı futbolçu bu səbəbdən “Pari”yə qarşı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Poqba yayda “Monako” ilə müqavilə imzalayıb və 2023-cü ildən bəri rəsmi matçlarda oynamayıb.

Yesterday — 31 October 2025Main stream

“Qalatasaray” Premyer Liqadan oyunçu transfer edir

31 October 2025 at 22:05

“Qalatasaray” “Mançester Yunayted”in uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarteni transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu 24 yaşlı futbolçunu yanvarda icarəyə götürmək və müqaviləsinə 25 milyon avroluq satınalma bəndi əlavə etmək niyyətindədir.

Qeyd edək ki, Uqarte 2024-cü ilin yayında PSJ-dən “Mançester Yunayted”ə 50 milyon avroya keçib və bu mövsüm 9 oyunda forma geyinib.

“Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq” – Qurban Qurbanov

31 October 2025 at 20:01

“Qarabağ” Misli Premyer Liqasının 10-cu turunda “Azersun Arena”da “İmişli”ni 2:0 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Oyunun yerinin dəyişməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürmü bildirdim. Sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topdan daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. “İmişli”yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.

– Komandanın tam formasını bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladız ki, komanda “Çelsi” ilə oyunöncəsi daha çox forma yığsın?

– Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.

– Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiz?

– Tətbiq edəcəyim bir şey yoxdur. Yenilik də yoxdur. Futbol pas oyunudur. Biz bütün diqqətimizi, işimizi onu yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. Dünən “Çelsi”nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə qarşı beşli müdafiə ilə oynayırlar, belə müdafiəni yarmaq çətindir. Tək biz şikayət etmirik. Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.

– “Neftçi” Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiz, xaricdə II Liqadan oyunçular gətirirsiz. Belə fikriniz olub ki, ulduz futbolçu gətirəsiz? 

– Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçlar indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə oynayır. Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.

– “Neftçi”nin hücum xəttindən çəkinmirsiz?

– Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər. 

– Joni Montiel bu gün debüt etdi. Onun haqda fikriniz necədir?

– Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Jonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün “23-lük”də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Joninin işinə heyfim gəldi. Ona vaxt lazımdır.

– Nəriman Axundzadənin fiziki durumu 60-70 dəqiqə oynamağa imkan verir?

– Bəli. Keçən matçda oynadı. Start heyətində olmaq imkanı var. Təhlil edəcəyik. Fiziki durumu elədir ki, meydanda 90 dəqiqə qala bilər.

– Bugünkü heyəti 100 faiz “Çelsi” ilə matçın heyəti saymaq olar?

– Həyatda 100 faizlik heç nə yoxdur (gülür). 

– “Çelsi” ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?

– Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. “Çelsi” dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.

– “Çelsi” ilə oyun üçün hamı bilet axtarır, amma “İmişli” görüşdə stadion boşdur. Bu, sizi üzür?

– Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də motivasiay verdi. “Atletik”lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər. Bəzi çempionat oyunlarımızda biz 3-4 min azararkeş görəndə sevinirik, futbolçular sevinir ki, nə qədər azarkşeş gəlib. Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblər varsa, meydança amili, hava şəraiti, onlardan biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar. 

– Kontenin 2017-ci ildəki “Çelsi”si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?

– Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün “Çelsi” daha yuxarı səviyyədədir, Kontenin “Napoli”si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki “Qarabağ”dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib. (Sportal.az)

“Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik” – Jorj Kaşkilya

31 October 2025 at 19:35

“İmişli” Misli Premyer Liqasının 10-cu turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında görüşü belə şərh edib:

“Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir.

“Qarabağ” yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. “Qarabağ”ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. “Qarabağ” kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram”.

Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşdi

31 October 2025 at 19:16

Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, komanda Velko Paunoviçə tapşırılıb. O, vəzifədən gedən Draqan Stoykoviçi əvəz edib. Müqavilənin detalları açıqlanmayıb.

Paunoviç son olaraq “Real Ovyedo”da çalışıb və komandası ilə La Liqaya yüksəlsə də, 2025/26 mövsümünə uğursuz başlayaraq postunu tərk etmişdi.

Serbiya millisi hazırda DÇ-2026-nın seçmə mərhələsində 10 xalla qrupda 3-cü pillədə qərarlaşıb.

“Qarabağ” “İmişli”ni məğlub etdi – YENİLƏNİB 

31 October 2025 at 18:57

Bu gün Misli Premyer Liqasında 10-cu tur start götürüb.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilir. Son çempion “Qarabağ” “İmişli”ni qəbul edir. Görüş saat 17:00-da başlayıb.

Hazırda turnir cədvəlində “Qarabağ” 17 xalla 2-ci (8 matça), “İmişli” isə 12 xalla 7-cidir (9 oyuna).

Turun digər qarşılaşmaları isə 1, 2 və 3 noyabr tarixlərində keçiriləcək.

31 oktyabr (cümə)

17:00. “Qarabağ”– “İmişli”  – 2:0

Qol: Abdullah Zubir, 51, Addai, 82
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rəhman İmami
“Azersun Arena”

Erik ten Haq Premyer Liqaya qayıda bilər

31 October 2025 at 18:03

“Vulverhempton” uğursuz nəticələr səbəbindən baş məşqçi Vitor Pereyranı istefaya göndərməyi planlaşdırır və artıq Erik ten Haqla ilkin təmas qurub.

İdmanxeber.az xəbər verir ki, klub cəmi bir ay əvvəl Pereyra ilə müqaviləni 2028-ci ilə qədər uzatsa da, Premyer Liqada 9 turdan sonra cəmi 2 xal toplayaraq son pillədə qərarlaşıb.

“Canavarlar” Liqa kubokunda da “Çelsi”yə 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Azərbaycanlı hakim “Napoli”nin oyununda

31 October 2025 at 17:38

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq.

İdmanxeber.az xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda, Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

İspaniyalı futbolçu “Latsio”dan ayrılır

31 October 2025 at 17:18

İspaniyalı yarımmüdafiəçi Pedro mövsümün sonunda “Latsio”nu tərk edəcəyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı futbolçu komandasından avrokuboklara vəsiqə qazanaraq ayrılmaq istədiyini bildirib.

“Bu, “Latsio”dakı son mövsümüm olacaq, amma komandadan layiq olduğu yerdə vidalaşmaq istəyirəm”, – deyə Pedro vurPedro “Latsio”dan ayrılırğulayıb.

Təcrübəli oyunçu 2021-ci ildən “Latsio”da çıxış edir. O, daha əvvəl “Barselona”, “Çelsi” və “Roma” kimi klublarda da oynayıb.

Türkiyədə 151 hakim futboldan uzaqlaşdırıldı

31 October 2025 at 16:33

Türkiyə Futbol Federasiyası (TFF) 151 hakimi mərc oyunlarına görə müxtəlif müddətlərə futboldan kənarlaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, qərar TFF-nin İntizam Komitəsi tərəfindən qəbul olunub.

FİFA referisi Zorbay Küçük barədə araşdırma isə hələ davam edir.

“Barselona” “Kamp Nou”ya qayıdır

31 October 2025 at 16:15

“Barselona” yenilənmiş “Kamp Nou” stadionunda noyabrın 7-də açıq məşq keçirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, bu tədbir həm azarkeşlər üçün ilk ictimai məşq, həm də arenanın sistemlərinin sınağı olacaq.

Məşqi 23 min tamaşaçı izləyə biləcək. Klub yaxın vaxtlarda stadionun daha çox – təxminən 47 min azarkeş qəbul edə biləcəyi mərhələyə çatmağı planlaşdırır.

“Qarabağ” – “İmişli” matçı üçün heyətlər açıqlandı

31 October 2025 at 15:55

Misli Premyer Liqasının 10-cu turunda bu gün keçiriləcək “Qarabağ” – “İmişli” matçı üçün heyətlər açıqlanıb.

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqas 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 6. Yau Moses Baş məşqçi: Jorj

“Qarabağ” – “Çelsi” matçına nə qədər bilet satılıb?

31 October 2025 at 15:25

“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda İngiltərə “Çelsi”sinə qarşı Bakıda keçiriləcək oyunu üçün bilet satışı davam edir.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 27 250 bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb.  Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.

Xatırladaq ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Spalletti “Yuventus” tarixində ilkə imza atdı

31 October 2025 at 15:15

“Yuventus”un yeni baş məşqçisi Luçano Spalletti klub tarixində ən yaşlı çalışdırıcı olub.

İdmanxeber.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis bu göstərici ilə Mauritsio Sarrini geridə qoyub.

Spalletti “ağ-qaralar”la gələn yayadək müqavilə imzalayıb. Turin klubu hazırda A Seriyasında 15 xalla 7-ci pillədə qərarlaşıb və lider “Napoli”dən 6 xal geri qalır.

“Barselona”dan Osimhen planı

31 October 2025 at 13:49

“Barselona” “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin transferinə qərar verib.

İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu gələn yay komandadan ayrılması gözlənilən Robert Levandovskinin yerinə yeni forvard axtarışındadır.

Namizədlər arasında əsas variant kimi nigeriyalı hücumçu Viktor Osimhen göstərilir.

Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 9 oyunda 6 qol vurub.

 

“Barselona” və “Real” onun üçün yarışır

31 October 2025 at 13:37

“Levante”nin 22 yaşlı hücumçusu Etta Eyonq mövsümün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçuya “Barselona”, “Real”, həmçinin “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” maraq göstərir.

Cari mövsümdə Eyonq La Liqada 10 oyunda 6 qol və 3 assistlə yadda qalıb.

Onun transferinin 2026-cı il dünya çempionatından sonra reallaşacağı gözlənilir.

Bu futbolçu “Qəbələ”nin tarixinə düşdü

31 October 2025 at 13:17

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.

İdmanxebet.az PFL-ə istinadən xəbər verir ki, 5:1 hesabı ilə başa çatan matçda het-trik edən 19 yaşlı qanalı legioner klub tarixinə bir görüşdə üç qol vuran 7-ci futbolçu kimi düşüb.

Xatırladaq ki, şimallıların tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilal Auaşeriyadır.

“Real” türkiyəli futbolçunu transfer edə bilər

31 October 2025 at 12:34

Dani Karvaxalın zədələnməsindən sonra “Real” müdafiə xəttinə yeni oyunçu axtarır.

İdmanxeber.az xəbər ki, menecerlər Madrid klubuna “Roma”nın 27 yaşlı türkiyəli futbolçusu Zeki Çeliki təklif ediblər.

“Real” mövsüm ərzində yaranan itkiləri aradan qaldırmaq üçün təcrübəli və münasib qiymətə müdafiəçi transferi planlaşdırır.

Zeki Çelik bu mövsüm A Seriyasında 9 oyunda çıxış edib.

“Qalatasaray” Osimhen üçün astronomik qiymət qoydu

31 October 2025 at 12:13

“Qalatasaray” nigeriyalı hücumçusu Viktor Osimhenin transfer qiymətini müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu ulduz futbolçunu yalnız 140 milyon avrodan başlayan təkliflərə satmağa hazırdır.

26 yaşlı Osimhenin “Qalatasaray”la müqaviləsi 2029-cu ilə qədərdir. O, cari mövsümdə 9 oyunda 6 qol vurub.

“Barselona” və PSJ-nin yaxın günlərdə oyunçu üçün rəsmi danışıqlara başlayacağı gözlənilir.

“Qarabağ” – “Çelsi” matçında favorit bəlli oldu

31 October 2025 at 11:29

UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu üçün mərc şirkətləri əmsalları açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, noyabrın 5-də, saat 21:45-də başlayacaq matçda “Qarabağ”ın qələbəsinə 6.84, heç-heçəyə 4.82, “Çelsi”nin qələbəsinə isə 1.34 əmsal verilib.

Xatırladaq ki, III turdan sonra hər iki komandanın 6 xalı var.

 

Premyer Liqada 10-cu turun hakim təyinatları

31 October 2025 at 11:04

Misli Premyer Liqasında 10-cu turun oyunlarına hakim təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, matçlar adları aşağıda qeyd olunan hakimlərə tapşırılıb: 

31 oktyabr (cümə)

17:00. “Qarabağ”– “İmişli” 
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rəhman İmami
“Azersun Arena”

1 noyabr (şənbə)

14:00. “Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

17:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“Palms Sports Arena”

2 noyabr (bazar) 

16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu 
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

3 noyabr (bazar ertəsi) 

19:30. “Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”

“Palmeyras” möhtəşəm qələbə ilə finalda

31 October 2025 at 10:51

Libertadores kubokunun yarımfinalında “Palmeyras” “LDU Quito”nu 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyunu 0:3 uduzan braziliyalılar cavab matçında Rafael Veyqanın dublu, Ramon Sosa və Bruno Fuksun qolları ilə möhtəşəm dönüş edib.

Finalda “Palmeyras” noyabrın 30-da “Flamenqo” ilə qarşılaşacaq.

“Mançester Yunayted”in hücumçusu getmək istəyir

31 October 2025 at 10:33

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze az oyun vaxtı aldığı üçün klubdan ayrılmaq barədə düşünür.

İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa”, “Brayton” və “Vest Hem” qışda niderlandlı forvardı transfer etmək istəyir.

Lakin baş məşqçi Ruben Amorim Zirkzeni mövsümün ortasında buraxmaq fikrində deyil.

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

31 October 2025 at 10:15

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

31 oktyabr

Azərbaycan, Premyer Liqa
17:00 Qarabağ – İmişli (CBC Sport)

Səudiyyə Ərəbistanı, Pro Liqa
18:50 Əl-Hilal – Əl-Şabab (TRT Spor)

Rusiya, Premyer Liqa
20:00 ÇSKA – Pari NN (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Başakşəhər – Kocaelispor (beİN Sports 1)

İspaniya, La Liqa
00:00 Xetafe – Jirona (Futbol 2)

Matça doğru: “Qarabağ” və “İmişli”də zədəlilər var 

31 October 2025 at 10:00

Misli Premyer Liqasının X turunda “Qarabağ” doğma meydanda “İmişli” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisində bu oyun öncəsi cəmi bir itki var. Hücumçu Musa Qurbanlı zədə səbəbindən matçda çıxış edə bilməyəcək.

“İmişli”də isə Vüsal Qəmbərov zədəlidir. Əməliyyat olunan oyunçu uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Komandada cəzalı və ya başqa zədəli futbolçu yoxdur. 

“Qarabağ” – “İmişli” qarşılaşması oktyabrın 31-də reallaşacaq. “Azərsun Arena”da keçiriləcək matç 17:00-da başlayacaq. 

Kenan Yıldız Poqbanın rekorduna çatdı

30 October 2025 at 23:33

“Yuventus”un hücumçusu Kenan Yıldız klub tarixində Pol Poqbanın rekorduna bərabərləşib.

İdmanxeber.az xəbər verir ki, türk futbolçu A Seriyasının son turunda “Udineze”yə qarşı (3:1) vurduğu qolla bu nailiyyəti əldə edib.

Yıldız bu mövsüm A Seriyasında 11 qol vuraraq “Yuventus” tarixində 20 yaşdan aşağı oyunçular arasında məhsuldarlıq rekordunu təkrarlayıb.

 

“Barselona” Levandovskinin əvəzləyicisini tapdı – Razılıq alındı

30 October 2025 at 23:22

“Barselona” qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, Kataloniya təmsilçisi diqqətini “Levante”nin hücumçusu Etta Eyonqa yönəldib. İspaniya mətbuatının məlumatına görə, 22 yaşlı forvard “Barselona”ya keçməyə razılıq verib.

Eyonq mövsümün sonuna qədər icarə əsasında katalon klubuna qoşulmaq variantına müsbət yanaşır. O, “Barselona”da Robert Levandovskinin potensial əvəzləyicisi kimi nəzərdən keçirilir.

Gənc hücumçu cari mövsümdə göstərdiyi çıxışla bir sıra klubların da maraq dairəsinə düşüb.

Lukas Paketa Premyer Liqada klubunu dəyişir

30 October 2025 at 22:27

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa yanvarda klubdan ayrılmağı planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu daha iddialı komandada oynamaq niyyətindədir. Onunla “Mançester Yunayted” maraqlanır və artıq londonlularla ilkin təmas qurulub.

Qeyd edək ki, 28 yaşlı Paketa 2022-ci ildə “Lion”dan 43 milyon avroya transfer olunub. O, cari mövsümdə 10 matçda 3 qol vurub.

“Bavariya” 33 illik rekordu qırdı

30 October 2025 at 21:26

Almaniya Kubokunun 2-ci mərhələsində “Bavariya” “Köln”ü 3:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, bu qələbə Münhen təmsilçisinin 2025/26 mövsümündə ardıcıl 14-cü qələbəsi olub.

Beləliklə, “Bavariya” 1992/93 mövsümündə 13 ardıcıl qələbə qazanan “Milan”ın 33 illik rekordunu yeniləyib.

Before yesterdayMain stream

“Yuventus”un hücumçusu klubu tərk edir

30 October 2025 at 21:14

“Yuventus”un hücumçusu Conatan Devid “Tottenhem” və “Bayern”in maraq dairəsinə düşüb.

İdmanxeber.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hər iki klub qışda kanadalı forvardın transferi uğrunda mübarizə aparacaq.

25 yaşlı Devid bu yay “Lill”dən azad agent kimi “Yuventus”a keçib və indiyədək 11 oyunda 1 qol, 1 asistlə yadda qalıb.

“Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarıldı

30 October 2025 at 18:11

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində noyabrın 1-i saat 17:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Səudiyyə klubudan Salah üçün 150 milyon avro təklif

30 October 2025 at 17:49

“Liverpul”un misirli ulduzu Mohamed Salaha möhtəşəm təklif gəlib.

İdmanxeber.az xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu 32 yaşlı futbolçuya illik 150 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Salahın “Liverpul”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Neymar “İnter Mayami”yə keçir!

30 October 2025 at 17:15

“Santos”un braziliyalı ulduzu Neymar Junior yaxın aylarda yeni macəraya yelənəcək.

İdmanxeber.az xəbər verir ki, MLS təmsilçisi “İnter Mayami” 33 yaşlı hücumçunu azad agent statusunda heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq.

Təcrübəli futbolçu cari mövsümdə 21 oyuna çıxaraq 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

PSJ-dən Vinisius bombas!

30 October 2025 at 16:40

Fransa nəhəngi 2026-cı ilin yayında böyük transferə imza atmağa hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, PSJ klubunun əsas transfer hədəfi “Real”ın  braziliyalı ulduzu Vinisius Juniordur.

Məlumata görə, futbolçunun Madrid rəhbərliyi ilə münasibətləri gərginləşib və bu vəziyyətdən yararlanmaq istəyən PSJ yayda “kral klubu”na rəsmi təklif göndərəcək.

25 yaşlı sol cinah vingerinin bazar dəyəri 200 milyon avro təşkil edir. Cari mövsümdə Vinisius 19 oyunda meydana çıxaraq 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Vinisius Juniorun Madrid klubuyla  müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. O, “kral klubu”na 2019-cu ilin yayında “Flamenqo”dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.

 

“Arsenal”dan tarixi rekord

30 October 2025 at 16:04

“Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atıb.

İdmanxeber.az xəbər verir ki, “topçular” Liqa Kubokunun 4-cü turunda “Brayton”u 2:0 hesabı ilə məğlub etməklə, bir ay ərzində ardıcıl 6 oyunda qol buraxmadan qalib gələn ilk komanda olub.

London təmsilçisi bundan əvvəl “Kristal Pelas” (1:0), “Fulhem” (1:0), “Vest Hem” (2:0), “Atletiko” (4:0) və “Olimpiakos”u (2:0) üstələyib. “Arsenal” hazırda 22 xalla Premyer Liqanın lideridir.

“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı

30 October 2025 at 15:42

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda “Çelsi”ni qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmanın təyinatları açıqlanıb. Matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oyunun baş hakimi Dmitro Kubriak olacaq. Ona yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.

“Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də, saat 15:00-da “Azersun Arena”da keçiriləcək.

SON DƏQİQƏ! Premyer Liqa klubu gürcüstanlı futbolçu ilə danışıqlara başladı 

30 October 2025 at 15:19

“Kəpəz” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi ötən mövsüm komandada çıxış edən Rati Ardazişvili ilə danışıqlara başlayıb. “Sarı-göylər” sabiq futbolçusunu geri qaytarmaq niyyətindədir.

Əgər tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, transferin qışda baş tutması gözlənilir.

Rati hazırda Gürcüstanın “Qaqra” klubunda çıxış edir. O, komandası ilə keçirdiyi 10 oyunda bir qol vurub, eyni sayda assist edib. 

Yarımmüdafiəçi ötən mövsüm “Kəpəz”in heyətində 18 oyunda forma geyinib və iki məhsuldar ötürmə edib.

Fərid Nəsibov 

Fransa millisinin üzvü zədələndi

30 October 2025 at 14:57

Fransa millisinin və PSJ-nin futbolçusu Desire Due “Loryen”lə oyunda zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi qarşılaşmanı göz yaşları içində xərəkdə tərk edib.

Duenin uzun müddət meydana çıxa bilməyəcəyi bildirilir. O, cari mövsümdə 15 oyunda 4 qol və 3 asistlə yadda qalıb.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda Azərbaycanla qarşılaşacaq.

“Real” hücumçusu ilə bağlı qərarını verdi

30 October 2025 at 14:38

“Real” gənc hücumçusu Endriki qışda icarəyə verməyi planlaşdırır.

İdmanxeber.az-ın Xabi Alonsonun rəhbərliyi altında az şans qazanan 19 yaşlı futbolçu üçün klub yeni oyun təcrübəsi əldə etməyi məqsədəuyğun sayır.

Məlumata görə, “kral klubu” yalnız futbolçunun maaşını və icarə haqqını tam qarşılayan təklifləri dəyərləndirəcək.

Endriklə “Aston Villa”, “Vest Hem” və “Brayton” maraqlanır. Sonuncu klub isə onu tam transferlə almaq istəyir.

Kadi “Kadi” ilə görüşdü – FOTO

30 October 2025 at 14:08

“Qarabağ” klubunun braziliyalı futbolçusu Kadi Borqes onun sadiq azarkeşi olan gənc parataekvandoçu Amin Əliyevlə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, Kadi idman zalında Aminlə bir araya gələrək ona öz formasını hədiyyə edib.

Qeyd edək ki, Amin Əliyev braziliyalı futbolçuya bənzərliyinə görə “Kadi” ləqəbini daşıyır.

 

“Barselona” mərakeşli hücumçu ilə maraqlanır

30 October 2025 at 13:51

“Famalikan”ın 20 yaşlı hücumçusu Yassir Zabiri Avropanın nəhəng klublarının diqqətini cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona” futbolçunun transferi ilə bağlı artıq “Famalikan” rəhbərliyi ilə əlaqə yaradıb. Gənc mərakeşliyə “Sevilya”, “Portu” və “Benfika” da maraq göstərir.

Zabiri bu mövsüm Portuqaliya çempionatında 3 oyunda iştirak edib.

Güclü külək Gəncə stadionuna ciddi ziyan vurdu 

30 October 2025 at 13:11

Dünən Gəncə şəhərindəki əlverişsiz hava şəraiti stadiona ciddi ziyan vurub.

İdmanxeber.az-a verilən məlumata görə, güclü külək bir sıra dağıntılara səbəb olub. Gəncə stadionunda fasad örtükləri sıradan çıxıb. 

Hazırda arenada hər hansı bir iş aparılmır. MDB oyunları bitdikdən sonra stadionda bütün çalışmalar dayandırılıb.

Xatırladaq ki, Gəncə stadionunun süni örtüklü meydançasının təbii otla dəyişdirilcəyi bildirilmişdi.

 

AFFA “Kəpəz”i 10 min cərimələdi

30 October 2025 at 12:49

Misli Premyer Liqası təmsilçisi “Kəpəz” 10 min manat cərimələnib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna IX turda “İmişli” ilə matçda yaşananlar səbəb olub. Oyunun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Onun klubu 1000 manat cərimələnib. 38-ci dəqiqədə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə isə Gəncə klubu daha 6000 manat ziyana düşüb. Həmçinin azarkeşlər 68-ci dəqiqədə pirotexniki vasitədən istifadə etdiyinə görə klub daha 3000 manat cərimə olunub.

“Neftçi” də eyni səbəbdən ziyana düşüb. “Qəbələ” ilə görüş bitdikdən sonra azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə paytaxt klubu 3000 manat cərimələnib.

IX turun “Araz-Naxçıvan” – “Sabah” matçında 4 futbolçusu sarı vərəqə alan Bakı klubu isə 700 manat ödəməli olacaq.

Frank De Blekerdən mübahisəli epizodlara şərh – Video

30 October 2025 at 12:30

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA öz Yutub hesabında video yayımlayıb.

O, həmin epizodlarda referilərin ədalətli qərarlar verdiyini vurğulayıb.

Frank De Blekerin epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

 

 

“Abubakarın Azərbaycan macərası “rüya kimi başlanğıc” kimi dəyərləndirilir”

30 October 2025 at 12:13

“Neftçi”nin hücumçusu Vensan Abubakarın çıxışı Türkiyə mətbuatında da gündəm olub. 

İdmanxeber.az-ın məlumatına görə, qardaş ölkənin nüfuzlu “NTV Spor” nəşrində ulduz futbolçu barədə məqalə dərc edilib.

Həmkarlarımız Abubakarın möhtəşəm çıxışını diqqətdə saxlayıb:

“Azərbaycan təmsilçilərindən “Neftçi”yə transfer olunan Vensan Abubakar yeni macərasına parlaq şəkildə başlayıb. Kamerunlu hücumçu cəmi 3 gün ərzində 2 oyunda meydana çıxaraq 3 qol və 1 assistlə yadda qalıb.

33 yaşlı forvardın bu təsirli çıxışı həm azarkeşlərin, həm də ölkə mətbuatının diqqətini cəlb edib. “Neftçi”dəki çıxışı ilə hər kəsi heyran edən Abubakarın Azərbaycan macərası artıq indidən “rüya kimi başlanğıc” kimi dəyərləndirilir”.

II Liqada 8, 9 və 10-cu turların oyun cədvəlləri açıqlandı

30 October 2025 at 11:19

Azərbaycan 2-ci liqasında 8, 9 və 10-cu turların oyun cədvəlləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, 8-ci turun matçları 10 və 11 noyabr, 9-cu turun görüşləri 16 və 17 noyabr, 10-cu turun qarşılaşmaları isə 23, 24 və 25 noyabr tarixərind keçiriləcək. 

8-ci tur

10 noyabr (bazar ertəsi)

14:00. “Ağdaş” – “Xankəndi”
Ağdaş şəhər stadionu

14:00. “Kür-Araz” – “Şəki Siti”
Saatlı OİK stadionu

14:00. “Dinamo” – “Quba”
Binə qəsəbə stadionu

11 noyabr (çərşənbə axşamı)

14:30. “Araz Saatlı” – “Şəmkir”
Saatlı OİK stadionu

14:30. “Göygöl” – “Qaradağ Lökbatan”
Göygöl OİK stadionu

14:30. “Şirvan” – “Ağstafa Gəncləri”
Şirvan OİK stadionu

9-cu tur

16 noyabr (bazar)

14:30. “Ağstafa Gəncləri” – “Dinamo”
Ağstafa şəhər stadionu

14:30. “Şəmkir” – “Ağdaş”
Şəmkir OİK stadionu

15:00. “Quba” – “Araz Saatlı”
Quba OİK stadionu

17 noyabr (bazar ertəsi)

14:00. “Şəki Siti” – “Şirvan”
“Rekord Arena”

14:00. “Xankəndi” – “Göygöl”
Palms Sports Futbol Mərkəzi (IV meydança)

14:30. “Qaradağ Lökbatan” – “Kür-Araz”
Lökbatan OİK stadionu

10-cu tur

23 noyabr (bazar)

15:00. “Quba” – “Ağstafa Gəncləri”
Quba OİK stadionu

24 noyabr (bazar ertəsi)

14:00. “Göygöl” – “Şəmkir”
Göygöl OİK stadionu

14:00. “Şirvan” – “Qaradağ Lökbatan”
Şirvan OİK stadionu

14:30. “Araz Saatlı” – “Ağdaş”
Saatlı OİK stadionu

25 noyabr (çərşənbə axşamı)

14:00. “Dinamo” – “Şəki Siti”
Binə qəsəbə stadionu

14:30. “Kür-Araz” – “Xankəndi”
Saatlı OİK stadionu

“Sumqayıt”ın futbolçusu əlamətdar qol vurdu

30 October 2025 at 11:14

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub. Yubiley topuna Nihat Əhmədzadə imza atıb.

Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.

Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

30 October 2025 at 10:17

Bu gün bir sıra futbol matçları keçiriləcək.

30 oktyabr

Türkiyə, kubok

14:00 Karaköprü Bələdiyəspor – Rizəspor (A Spor)
15:45 Zonquldak Kömürspor – Bodrumspor (A Spor)
19:00 Qaziantep Karabük İdman Yurdu (A Spor)
21:30 Konyaspor – 12 Bingöl Spor (A Spor)

İtaliya, A Seriyası
21:30 Kalyari – Sassuolo (Futbol 1)
23:45 Piza – Latsio (Futbol 1, Matç TV)

Səudiyyə Ərəbistanı, Pro Liqa
21:30 Əl-Əhli – Əl-Riyad (TRT Spor)

Bu da son! “Neftçi”dən ayrılır, yeni klubunun adı bizdə! (ÖZƏL)

30 October 2025 at 10:00

Bir müddət öncə “Neftçi”nin qapıçısı Rza Cəfərovun komandadan ayrılmaq istədiyini oxucularımızın diqqətinə çatdırmışdıq. Gənc qolkiper ehtiyatda qaldığı üçün bu qərara gəlmişdi.

Nəhayət, millimizin üzvü istəyinə çatır. Əldə etdiyimiz məlumata görə, Cəfərov yanvarda “Neftçi”dən ayrılacaq. Onun yeni komandası da bəllidir.

Oyunçu “Kəpəz”lə anlaşıb. Tərəflər arasında uzun müddətdir danışıqlar gedirdi. Axır ki, Gəncə təmsilçisi həm futbolçunu, həm də paytaxt klubunu razı sala bilib.

Qış transfer dönəmində R.Cəfərov icarə əsasında “sarı-göylər”də çıxış edəcək. 22 yaşlı qolkiperlə mövsüm sonuna qədər müqavilə bağlanacaq.

İdmanxeber.az 

Bundesliqa nəhəngi Fernandeş üçün hərəkətə keçir

29 October 2025 at 22:53

“Bavariya” qışda “Mançester Yunayted”in kapitanı Brunu Fernandeşi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu bu dəfə portuqaliyalı yarımmüdafiəçini satmağa razı ola bilər.

Transfer qiymətinin 40 milyon avro olduğu bildirilir. 31 yaşlı Fernandeş bu mövsüm Premyer Liqada 10 oyunda 2 qol və 1 asistlə yadda qalıb.

PSJ-nin müdafiəçisi komandadan ayrılır

29 October 2025 at 22:51

PSJ-nin braziliyalı müdafiəçisi Lukas Beraldo komandadan ayrılmaq istəyir.

İdmanxeber.az xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm az şans qazanmasından narazıdır və yanvarda icarəyə getmək istəyir. Baş məşqçi Luis Enrike də onun qərarına qarşı deyil.

Qeyd edək ki, Beraldo 2024-cü ilin əvvəlində “San Paulo”dan 20 milyon avroya transfer olunub və PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdir.

“Bizim üçün ən idealını seçmişik və gətirmişik” – Samir Abasov

29 October 2025 at 22:28

“Neftçi” Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində MOİK-i 6:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Vensan Abubakarın 2-ci qolundan sonra nə söhbət edirdiz?

– Müzakirə edirdik. Onun toxunuşu, klası… Vurulan qola sevinirdik. Bu haqda danışırdıq, başqa bir şey yox idi.

– Özünüzə sual verirsiz ki, Abubakarı niyə vaxtında gətirmədik?

– Vaxtında gətirə bilməzdik. Bizim üçün əlçatmaz idi. Belə futboloçular üçün Azərbaycan Premyer Liqası can atdıqları yer deyil. Uyğun zaman lazımdır ki, belə oyunçuları yaxalayasan. Mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bizim üçün də xoş hal deyil. Bütün futbolçular oynayır. Şəxsən mən bölgü aparmazdım. Digər futbolçuların etdiklərini də görürəm. Bizə hücumçu, bitirici lazım idi. Belə hücumçu gətirmişik. Biz sırf Abubakarın dalıyca qaçmamışdıq. Ad axtarmamışıq. Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik.

– Püşkə baxanda kuboku qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

– Bizim üçün kubok həmişə çətin olub. Şəxsən mənim özüm üçün də .Biz elə komandayıq ki, bizim üçün növbəti oyun prioritetdir. Hər iki turnirdən də yapışacağıq. Baxmayaraq ki, bu, çətindir. Bizim üçün püşk önəmli deyil. Hər oyunu udmalıyıq. iki ay sonra kiminlə oynayacağımızı düşünmürük. Bu klubda belə şey olmayıb. “Sumqayıt”da işləyəndə fikirləşirdik ki, bu turnir asandır, bütün fikrimizi bura yönəldək. “Sumqayıt” “Qarabağ” deyil. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi hiss edirik. 

– Abubakarın gəlişindən Bassala Sambunun psixoloji durumu necədir?

– Çoxa əladır. Yaxşı tərəfi odur ki, Sambu Abubakarla rəqabət aparacaq. 

– Əlinizdə olan heyət hansı sistemlə oynamağa imkan verir?

– Murad Məmmədov zədələndiyi üçün məcburiyyətdən Mustafa Seki oynatdıq. Format məsələsinə gəldikdə, üçlü də, dördlü də ola bilər. Üstündə durduğumuz dördlü müdafiə sistemidir. Dəyişikliklərə də gedə bilərik. Məşqlərdə bəzi oyunçuları sol cinah müdafiəçisi mövqeyində yoxlayırıq. 

– MOİK-dən 2 qol buraxdız. Belə demək olar ki, müdafiə və qapı xəttinə transfer lazım idi?

– Bu oyun “Neftçi” üçün göstərici deyil. Belə matçlara oyunçuları motivasiya etmək çətindir. Bu cür oyunlarda ancaq hücumu fikirləşirsən. Qapına hücum olanda belə zədəsiz vəziyyətdən çıxmaq istəyirsən. Futbolçuları anlayıram. Səhvlər var idi.  Yüz faiz bilirəm ki, həmin futbolçular başqa oyunlarda o səhvləri etməzlər. Boşluqqdan irəli gələn bir şeydir. Çox gözəl skaut departamentimiz var. Bir çox ölkələrə gedirlər. Transfer fəaliyyətimizi uzunmüddətli iş üzərində qururuq. 

– Rza Cəfərovla klub arasında münasibətlər korlanıb?

– Bizim Rza ilə münasibətimiz niyə pozulsun ki? Qəbələdə bu suala cavab verdim. Qapı xəttində yaxşı rəqabətimiz var. (Sportal.az)

“Qarabağ” – “Çelsi” oyununa satılan bilet sayı bəlli oldu

29 October 2025 at 21:15

“Qarabağ” – “Çelsi” oyununa satılan bilet sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, görüşü 22 min 500 bilet satılıb.

Biletlər məhdud sayda qalıb.

🏟 “Qarabağ” – “Çelsi” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

🎟 Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN

📌 VIP sektorlar: 200, 250, 300 və 400 AZN
📌 VVIP sektorlar: 1000 AZN

⚠ Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

ℹ Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

 Qeyd: Stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu

29 October 2025 at 21:07

Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, bu gün baş tutan qarşılaşamalardan sonra 1/8 finala vəsiqə qazanan bütün komandalar və 1/8 final cütləri məlum olub:

Bizon Azərbaycan Kuboku

1/8 final mərhələsinin cütləri

“Qəbələ” – “Şəfa”

“Şamaxı” – “Baku Sportinq”

“Araz-Naxçıvan” – “Kəpəz”

“Qarabağ” – “Karvan-Yevlax”

“İmişli” – “Sabah”

“Zirə” – “Neftçi”

“Şahdağ Qusar” – “Turan Tovuz”

“Difai” – “Sumqayıt”

Qeyd edək ki, 1/8 final mərhələsinin görüşləri dekabrın 2-3-də keçiriləcək.

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlandı

29 October 2025 at 17:28

31 oktyabr – 1 noyabr aralığında Moldovanın paytaxtı Kişineuda keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəni bu yarışda millinin böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, qitə birinciliyində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.

“Asan qələbə qazandığımızı düşünmürəm” – Saşa İliç

29 October 2025 at 16:58

“Sumqayıt” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Zaqatala”ya qarşı keçirilən oyunda gənc futbolçulara daha çox şans verib.

İdmanxeber.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, maraqlı qarşılaşmaya şahidlik etdiklərini deyib:

“Maraqlı görüş oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi. Xüsusilə, ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək, digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq. Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda, növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya növbəti oyunlarda uğurlar arzu edirik”.

“Sumqayıt” 1/8 finalda 1-ci Liqa təmsilçisi “Difai” ilə qarşılaşacaq.

“Real”ın futbolçuları Alonsodan narazıdır

29 October 2025 at 16:36

“Real”da baş məşqçi Xabi Alonsonun tətbiq etdiyi yeni intizam qaydaları bəzi futbolçular arasında narazılıq doğurub.

İdmanxeber.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis komandaya gələndə paltardəyişmə otağında bir sıra xoşagəlməz vərdişlərin olduğunu görüb və dərhal sərt qaydalar müəyyənləşdirib. 

Yeni qaydalar bazaya vaxtında gəlmək, məşqlərdə intizam və əzmkarlıq üzərində qurulub. Gecikmələr üçün hələlik cərimə tətbiq olunmasa da, bəzi oyunçular bu dəyişikliklərdən narazıdırlar.

Xabi Alonsonun sərt və tələbkar yanaşması əvvəlki baş məşqçi Karlo Ançelottinin yumşaq idarəçilik tərzindən fərqlənir.

❌
❌