Ravin Alməmmədov Avropa birinciliyinin qalibi oldu
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində təşkil edilmiş Avropa birinciliyinin qalibi olub. Arena.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 189 kq ağırlığı başı üzərinə qaldırmış Ravin Alməmmədov toplamda 340 kq nəticə göstərib.