Nicat Mehbalıyev subaylığın daşını atdı
5 November 2025 at 00:30
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” komandasının qapıçısı Nicat Mehbalıyev ailə həyatı qurub. Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir. Futbolçunun şad günündə “Sabah”ın futbolçu və məşqçi heyəti, həmçinin klubun digər rəsmiləri də iştirak ediblər. “Sabah” FK kollektivi bu münasibətlə Nicatı təbrik edib…