Kənan Manafov: “İlkin tapşırıq yarımfinala yüksəlməkdir”
5 November 2025 at 15:30
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Kənan Manafov ötən gün Liviya yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, millimiz ötən gün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb. Liviya yığması ilə qarşılaşmış millimiz yekunda 5:4 hesablı qələbəyə sevinib.