Herbert Hayner yenidən “Bayern”in prezidenti seçildi
5 November 2025 at 16:30
Alman idarəçi Herbert Hayner Almaniya Bundesliqasının sonuncu qalibi olan “Bayern” klubunun prezidenti vəzifəsinə yenidən seçilib. Arena.az xəbər verir ki, Hayner klub üzvlərinin iştirakı ilə keçirilmiş səsvermədə səslərin 95,63%-ni toplayıb. “Müvafiq vəzifə məni böyük təvazökarlığa sövq edir. Mənim üçün bu, müstəsna klubun prezidenti olmağa davam etmək – böyük şərəfdir”…