Normal view

Today — 15 December 2025Main stream

“Bir çox müdafiəçi Haland haqqında düşünərək yata bilmir”

15 December 2025 at 11:31

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi olan Kolo Ture hücumçu Erlinq Haland haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq müdafiəçidən meydanda norveçli futbolçu ilə qarşılaşacağı təqdirdə, onu necə dayandıracağı soruşulub:

“Deyə bilmərəm. O hissi xatırlayıram, yüksək səviyyəli hücumçuya qarşı oyundan əvvəlki gecə həmişə yatmaqda çətinlik çəkirdim. Hər oyundan əvvəl Halanda deyirəm: “Bir çox müdafiəçi sənin haqqında düşünərək yata bilmir”.

Haland 2022-ci ildən “Mançester Siti”də forma geyinir.

The post “Bir çox müdafiəçi Haland haqqında düşünərək yata bilmir” appeared first on Komanda.az.

Before yesterdayMain stream

Erlinq Haland Alan Şirerə məxsus rekordu yenilədi

3 December 2025 at 11:00

Norveç milli komandasının və “Mançester Siti”nin mərkəz hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, norveçli hücumçu Premyer Liqada 111-ci oyununda 100-cü qolunu vurub.

Haland bu nəticəni 2025/2026-cı illər mövsümünün 19-cu turunda 5:4 hesabıyla məğlub etdikləri “Fulhem”lə səfər matçında reallaşdırıb. Bu göstəriciyə nail olmaq üçün ona 111 oyun lazım olub.

Xatırladaq ki, bundan əvvəlki rekord ingilis hücumçu Alan Şirerə məxsus idi. O, 1995-ci ildə sözügedən turnirdə ilk 100 qolunu 124 oyununda vurmuşdu.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 20 qol vurub, 3 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 165 oyun, 144 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

❌
❌